Bu sayt və "İpəkçi" qəzeti haqqında


 

  •  Bu sayt, Azərbaycan İpəkçilərinin Açıq Tribunası olan "İpəkçi" qəzetinin əsas xəbər saytıdır.
  • Bu saytın və "İpəkçi" qəzetinin redaksiyası, cəmi, 1 nəfərdən - redaktordan ibarətdir və  o,  "Şəki-İpək" ASC-dən 92 manat əməkhaqqı alır.
  • "İpəkçi" qəzetinin hal-hazırdakı təsisçiləri, "Şəki-İpək" ASC-i və Azərbaycan Respublikasının Əməkdar jurnalisti, mərhum Salis Məmmədovdur.
  • Bu sayt 2010-cu ilin yanvar ayında, "İpəkçi" qəzetinin redaktoru Aydın Məmmədov tərəfindən yaradılmışdır.
  • "İpəkçi" qəzeti 1933-cü ildən nəşr edilir və respublikamızda nəşri davam edən yeganə çoxtirajlı (Sovet dövründə müəssisə qəzetləri belə adlanırdı), yeganə fəhlə qəzetidir! 
  • "İpəkçi" qəzeti 12.12.1990-ci il tarixdə, özünü "Azarbaycan İpəkçilərinin Açıq Tribunası" elan edərək, hələ Sovet dövründə, rəsmən, müstəqil Azərbaycan mətbuatın əsasını qoymuşdur!
  • Azərbaycan Sovet mətbuatında ənənəvi "Bütün ölkələrin proletarları birləşin!" şüarından və Kommunist partiyasının təsisçiliyindən də ilk dəfə - 12.12.1990-ci il tarixdə, "İpəkçi" qəzeti mtina etmişdir!
  • Hal-hazırda "İpəkçi" qəzetinin çap xərci Aydın Məmmədovun məvacibi hesabına ödənilir.
  • "İpəkçi" qəzeti  hər hansı maddi-texniki bazaya və kənar maliyyə mənbələrinə malik deyil, o cümlədən, KİV-ri üçün Dövlət tərəfindən ayrılan pullardan da "İpəkçi" qəzetinə hələ ki heç nə verilməmişdir!  
  • NETTY-2010 və NETTY-2011 Milli İnternet Mükafatı üzrə müsabiqələrdə iştirak edən bu sayt, ilkin mərhələdə hər dəfə 15 səs alaraq "İnformasiya və xəbərlər" kateqoriyası üzrə birinci dəfə 50 sayt arasında digər bir saytla birlikdə 1-2-ci yerləri bölüşdürərək, ikinci dəfə isə 28 sayt arasından 2-ci yeri tutaraq nominant olmuşdur!

Comments