“Google” Azərbaycan qəzet saytları arasında ən yüksək reytinq əmsalını

7 Tem 2011 04:39 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
 
İyul ayının əvvəlində “Google”nin növbəti “Page Rank” yenilənməsinda sonra Azərbaycan qəzet  saytları arasında ən yüksək reytinq əmsalı “Azərbaycan müəllimi” qəzetinin saytına verilmişdir. Və bu qəzet saytının “Google Page Rank”ı 7-yə yüksəlmişdir! Azərbaycan qəzet saytlarından “Rabitə dünyası” qəzetinin saytı isə “Google Page Rank”ına görə 2-ci Azərbaycan qəzet saytı olmuşdur. Bu saytın  reytinq əmsalı indi 6-ya bərabərdir.  “Ekspress”,  “İki sahil”,  “Yeni Azərbaycan”,  “Xalq cəbhəsi”,  “Ayna”,  “525-ci qəzet”, “Azərbaycan” qəzetlərinin saytlarının  “Google Page Rank”ı 5, “Ədəbiyyat”,  “İqtisadiyyat”, “Xalq qəzeti”, “Kaspi”,  “Yeni Musavat”,  “Azadlıq”, “Təzadlar”,  “Şərq”,“Bizim yol”, “Bizim əsr”,  “Üç nöqtə” “Ədalət” qəzetlərinin saytlarının və bizim “İpəkçi” qəzetinin saytının  “Google Page Rank”ı isə 4-dir. 
 

    Aytən Rüstəmovanın (Qiyasovanın) ingilis dilindəki şəxsi bloqu isə ən yüksək reytinq əmsalına malik Şəki saytı olaraq qalmaqdadır

 
    Onu da qeyd edək ki, “Google”nin son “Page Rank” yenilənməsi zamanı  Şəki saytlarının reytinq əmsalı xeyli aşağı düşmüşdür. Əgər yenilənməyə qədər Şəki saytlarından 3-nün “Page Rank”ı 5 və 10-nun “Page Rank”ı isə 4 idisə, yenilənmədən sonra cəmi 1 Şəki saytının “Page Rank”ı 5-də qalmış, 5 Şəki saytının “Page Rank”ı isə 4 olmuşdur. “Google Page Rank” əmsalı 5-də qalan yeganə Şəki saytı Bakıda yaşayan Aytən Rüstəmovanın (Qiyasovanın) ingilis dilindəki şəxsi bloqudur. Şəki saytlarından Şəki İcra Hakimiyyətinin, Şəki Apelyasiya Məhkəməsinin, “İpəkçi” qəzetinin, şair Abbas Əmbalanın və Mürad Nəbibəyovun (sheki.io.ua )  saytının “Page Rank”ı  4 olaraq müəyyənləşdirilmişdir.
Onu da qeyd edək ki, “Google” tərəfindən “Page Rank”ın verilməsi zamanı qohumbazlıq, tanışlıq, rüşvət və s. prinsiplər yox, keyfiyyət və məzmun əsas götürülməkdədir.
Əlavə edək ki, “İpəkçi” qəzetinin redaksiyası bir xeyli vaxtdır ki Azərbaycan qəzet saytlarının və Şəki veb məktəbinə aid saytların “Google Page Rank”ı üzrə monitorinq aparmaqda idi və bütün nəticələr avtomatik olaraq qəzetimizin veb-səhifələrində dərc olunur.
"İpəkçi" qəzeti, 4iyul, 2011-ci il (Yüklə )
 
Comments