Ağır cinayətlərin Azərbaycanda "məhkəmə", bağışlayın, məzhəkə yolu ilə ört-basdır edilmə mexanizmi >>

31 Ağu 2010 13:18 tarihinde Aydin Salis tarafından yayınlandı
Bakıdan şərti adı Əhməd Məmmədov olan bir Şəki şəhər sakini redaksiyamıza ünvanladığı məktubunda yazır: 


     "Ötən il 25 iyul tarixdə, saat 6 radələrində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, vəhhabi təriqətində olan terrorçunun - Tural İntiqam oğlu Hüseynovun hücumuna məruz qaldım. (Hadisədən 2-3 saat əvvəl də o mənə bıçaqla zərbə endirmişdi, bıçağı şalvarımın bir tərəfindən girib o bir tərəfindən çıxsa da ətimə toxunmamışdı və mən onun digər zərbələrindən yayınaraq qaçmağa nail olmuşdum və bu barədə 3-4 dəfə Sabunçu polis şöbəsinə telefonla müraciət etmişdim. Lakin gələn polislər cinayətkarın Müasir Müsavat Partiyasının Bakıxanov qəsəbəsi üzrə sədrinin oğlu olduğunu bilən kimi, onu təqib etməkdən vaz keçdilər...) Terrorçu məni öldürmək istəyirdi, o, mənə arxadan və qabaqdan xüsusi təriqət silahı ilə 2 bıçaq zərbəsi vurdu, hesab edirdi ki, bu yaralar mənim öldürmək üçün kifayətdir, lakin mən imkan tapıb qaçanda başa düşdü ki heç də hələ ölməmişəm və məqsədinə çatmaq, yəni mənim nəfəsimi tam kəsmək üçün arxamca qaçdı, lakın artıq gec idi, mən yoldan ötən maşınlardan birinə minib aradan çıxa bildim, ağır yaralanmağıma və xəstəxanaya qədər bütün qanımı itirməyimə baxmayaraq möcüzə nəticəsində sağ qaldım. 2-3 həftədən sonra ayağa qalxdım.
     Sabunçu Rayon Prokurorluğu terrorçunu - Heseynov Tural İntiqam oğlunu, cinayət məsuliyyətindən azad etmək üçün onun barəsində CM-nin 221.3 və 228.4 maddələri ilə, yəni xuliqanlıq (?!) maddələri ilə iş açdı.
10.12.2009-cu il tarixdə isə Sabunçu Rayon Məhkəməsinin hakimi Samir İmamverdi oğlu Əliyev, hadisəni törədərkən cinayətkarın guya “anlaqlı” olmamasına görə onu məsuliyyətdən azad edərək 1 aylıq məcburi müalicəyə göndərdi. Halbuki, cinayətkar qondarma "məhkəmə"də nümayişkaranə surətə, cinayəti bilə-bilə etdiyini və əməlindən də peşman olmadığını məhkəmədə dəfələrlə söyləmişdir. Həmçinin, qondarma “məhkəmə”nin qərarında cinayətkarın adam öldürməyə cəhd etməsi də göstərilmədi.
Cəmi 3 dəfə, hər dəfə də 5-10 dəqiqə davam etmiş qondarma “məhkəmə” mənim heç bir vəsatətini təmin etməmişdir. Məsələn, mən qondarma “məhkəmə”də zərərçəkmiş kimi özümün xüsusi ittihamçı qismində iştirakımın təmin olunması barədə vəsatət qaldırdım, lakin hakim, müttəhimin vəkili ilə məsləhətləşdikdən sonra (?!) vəsatəti rədd etdi. O zaman tələb etdim ki, vəsatətin rədd edilməsi məhkəmənin qərarında göstərilsin. Lakin hakim buna söz versə də, 2 ay sonra məhkəmə qərarını alarkən, orada bu barədə heç nə tapa bilmədim!
     Qeyri-qanuni olaraq, istintaq materialları və ittiham aktı ilə tanış olmağa mənə imkan vermədilər. 10 dekabr 2009-cu ildə oxunmuş hökmün surətini isə apelyasiya şikayəti edə bilməyim deyə ümumiyyətlə mənə göndərmədilər.
Öz hüququmu müdafiə etmək üçün mən, Bakı Apelyasiya Məhkəməsinə bir neçə dəfə şikayət ərizəsi ilə müraciət etdim.
1-ci şikayət ərizəmə cavab olaraq 19 yanvar 2010-cu il tarixdə mənim e-mailimə daxil olmus və ümumi şöbənin müdiri Ələkbər Həsənov tərəfindən imzalanmış 14 yanvar 2010-cu il tarixli məktubda mənə bildirildi ki:


    “ Azərbaycan Respublikası CPM-nin 358-ci maddəsinə əsasən məhkəmənin yekun qəran elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafıq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə və onun nümayəndəsinə verməlidir”.


    Son şikayət ərizəmə cavab olaraq isə 12 fevral 2009-cu il tarixdə mənim e-mailimə göndərilmiş və ümumi şöbənin müdiri Ələkbər Həsənov tərəfindən imzalanmış 3 fevral 2010-cu il tarixli məktubda mənə rəsmən bildirildi ki:

    “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda Siz və ya Sizin nümayəndəniz Sabunçu Rayon Məhkəməsinin qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna maliksiniz”.


     Bunları əsas götürərək, 5 sentyabr 2010-cu il tarixdə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin hakimi Samir Əliyevin vəzifə borcunu qəsdən yerinə yetirməməsi və saxtakarlıq etməsi nəticəsində 10.12.2009 tarixdə oxunmuş məlum hökmün surətinin mənə göndərilməməsini bildirdim və həmin vaxta qədər apelyasiya şikayəti edə bilməməyim üzürlü hesab edilməsini və apelyasiya şikayəti vermək hüququm bərpa edilməsini tələb etdim.
Bu münasibətlə, 30 sentabr tarixdə Sabunçu Rayon Məhkəməsinin başqa bir saxtakar hakiminin - Anar Qasımovun, iştirakı iıə təşkil olunan daha bir qondarma "məhkəmə" iclasında isə mənim haqlı tələbim əsassız olaraq rədd edildi. Görün "məhkəmə" adlanan bu son məzhəkədə nələr baş verir; hakim məndən soruşur ki niyə qərar oxunandan sonra 20 gün müddətinə apelyasiya şikayəti vermək hüququndan istifadə etməmişəm? Mən də cavab verdim ki, məhkəmə qərarı mənim əlimdə olmadığı halda mən görmədiyim və oxumadığım şeydən necə şikayət edə bilərəm? Bundan sonra isə hakimə başa saldım və öyrətdim ki, bəli, bəli, öyrətdim ki, o həqiqətən bunu bilmirdi: "Azərbaycan Respublikası CPM-nin 358-ci maddəsinə əsasən məhkəmənin yekun qəran elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq zərər çəkmiş şəxsə və onun nümayəndəsinə verməlidir”. Sonra isə sual verdim ki bəs nəyə görə qondarma "məhkəmə"nin söz gedən yekun qərərı indiyə qədər mənə göndərilməmişdir?! Deməli, saxtakar hakim - Samir Əliyev, çıxardığı qərarın qeyri-qanuni olduğunu bilir və apelyasiya şikayətinin qarşısını almaq üçün onu qəsdən zərər çəkmiş şəxsə göndərməmişdir. Hakim Anar Qasımov isə soz gedən yekun qərarının 30 dekabr tarixdə (apelyasiya şikayətinin müddəti bitəndən sonra!!!) göndərildiyini etiraf etsə də, həmin qərarın nə vaxt zərər çəkmiş şəxsə təqdim edilməsi barədə heç bir sənəd təqdim edə bilməsə də cinayətkarın valideynləri ilə "məsləhətləşib" (mənə təzyiq göstərmək üçün onları da həmin iclasa dəvət etmisdi!!!) məlum qərardan mənim apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətimi rədd etdi!!!"
Hörmətli oxucu! Yuxarıda Azərbaycanda baş vermiş bir ağır cinayətlərin "məhkəmə", bağışlayın, məzhəkə yolu ilə ört-basdır edilməsinin mexanizmi göstərilmişdir. Aşağıda isə biz bu işi edən saxtakar hakimlərin rəsmi tərcümeyi-hallarını və şəkillərini təqdim edirik: 
Əliyev Samir İmamverdi oğlu
     Azərbaycan Respublikası Prezidentinin 06.08.2008-ci il tarixli Sərəncamı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. 24 avqust 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1992-ci ildə il Türk Respublikasının Ankara Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olunub. 1993-cü ildə təhsilini davam etdirmək üçün Bakı Dövlət Universitetinin hüquq fakultəsinə dəyişdirilib, 1997-ci ildə həmin fakultəni bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş, 2003-cü ildə Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsini bitirib. Bakı Dövlət Universitetində təhsil almaqla bərabər 1994-cü ildən 1998-ci ilədək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində yarım ştatla iclas katibi vəzifəsində işləyib. 1998-ci ildən 06 avqust 2008-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 06.08.2008-ci il tarixli Sərəncamı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. 
Qasımov Anar Adil oğlu
    1974-cü ilin mart ayının 10-da Bakı şəhərində anadan olub.
    1992-ci ildə BDU-nin Hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub 1997-ci ildə həmin fakültəni bitirib.
    1991-ci ildən 1994-cü ilədək «Sistem» kiçik müəssisəsində texnik vəzifəsində çalışıb.
1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsində kuryer, ekspeditor, məhkəmə iclas katibi vəzifələrində çalışıb.
    2000-ci ildən 2008-ci ilədək Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məsləhətçi(məhkəmə iclas katibi) vəzifəsində çalışıb.
    Azərbaycan Respublikası Prezidentinin 06.08.2008-ci il tarixli Sərəncamı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.