Milli Atüstü Oyunlar Festivalında Şəki çövkənçiləri növbəti dəfə 1-ci yeri tutdular! >>

10 May 2010 12:53 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
     Mayın 6-da  Şəki rayonunun Daş-yüz düzündəki Respublika Atçlıq Turizm Mərkəzində başlayan və mərhum sabiq prezident Heydər Əliyevin xatirəsinə həsr olunan Milli Atüstü Oyunlar Festivalı 3-gün sonra, mayın 9-da başa çatmışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş bu festifalda 12 komanda iştirak etmişdir.
    Çövkən oyunu üzrə şəkililər  növbəti dəfə 1-ci yeri, ağstafalılar 2-ci, Ağdam komandası isə 3-cü yeri tutmuşdur.
    Sür-papaq oyunu üzrə 1-ci yeri  Oğuz, 2-ci yeri Qax, 3-cü yeri isə Ağcəbədi komandası tutub.
    Papaq oyunu üzrə isə  İsmayıllı komandası 1-ci, Yevlax komandası 2-ci və Goranboy komandası 3-cü yeri tutmuşdur.
    Festivalın qaliblərinə və iştirakçı komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları verilmişdir. Həmçinin, çövkən oyununun qaliblərinə Şəki Şəhər İcra Hakimiyyəti adından da  diplomlar təqdim edilmişdir.
    Mükafatlandırma mərasimində  Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşir Cəfərov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı iştirak etmişdir.
Comments