HƏMYERLİMİZ ELÇİN ABBASOV BAKIDA RADİO İLƏ İDARƏ OLUNAN TƏYYARƏLƏRİN YARIŞINI TƏŞKİL ETDİ!

15 Oca 2010 10:29 tarihinde Aydin Salis tarafından yayınlandı
Bir birindən fərqli təyyarələr Bakı səmasında yarışdı. Azərbaycanda ilk dəfə olaraq, radio ilə idarə edilən təyyarələrin yarışı baş tutdu!Yerdə kiçik görünsə də, səmada gerkəklərindən fərqlənməyən müxtılif tipli mobil təyyarələr, yarışı izləyənləri xeyli həyacanlandırdı. 20-dək təyyarə və vertalyotun səmaya qaldığı yarışın məqsədi, gənclərin asudə vaxtlarını səmərəli və mənalı təşkil etmək, habelə bu idman növünə marağı oyatmaqdır.
Elçin Abbasov (təşkilatçı): Modelizmin inkişafında bizim əsas məqsədimiz, gənclərdə asudə vaxtın təşkili və gənclərin texnikaya olan maraqlarının artırmaqdır.
Bakı Şəhər Texniki Yaradıcılıq Mərkəzinin təşkil etdiyi dərnəyə qatılanların təşkil etdiyi yarışa raket modelləri də qatılıb.
İştirakçı (uşaq): Mən bu təyyarələrdən sürmək istəyirəm və böyüyəndə təyyarə sürücüsü olmaq istəyirəm.
Yarışa qatılan hər bir cihazın, səmada 15 əməliyyatı icra etməsi lazım idi. 3 hakım, hər əməliyyatı maksimum 10 balla dəyərləndirərək, qalibi elan etdi.

Novbəti yarış oktyabr ayında keçiriləcək. Asudə vaxtını maraqlı keçirmək istəyənlər, texniki yaradıcılıq mərkəzində olan dərnəklərə müraciət edə bilərlər.
Xəzər TV,
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
 
Comments