"Şəki-İpək" ASC-nin Pambıq əyirici istehsalatında təxm. 1 aylıq fasilədən sonra iş ahəngi bərpa edilib

30 Eki 2010 12:14 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
Respublikamızın 2 ən böyük pambıq əyirici müəssisəsindən biri olan bu istehsalat, 1 aya yaxın idi ki işləmirdi. "Şəki-İpək" ASC-nin texniki direktoru Şahin Əzizov bunu müəssisənin anbarındakı ötən ilki  mövsümdən qalan pamdıq ehtiyatının azalması ilə əlaqələndirərək, əlavə etdi ki, bu ilki mövsümə aid pambığın satın alınıb müəssisəyə gətirilməsi üçün vaxt lazım idi və buna görə də təbii ki, istehsal prosesimdə müəyyən fasilə olmalı idi. O, deyir ki, "hər yerdə belədir, köhnə mövsümdən qalan xam malın tükənməsi ilə təzə mövsümə aid yeni xammalın əldə edilməsinə qədər istehsalda müəyyən boşluq bilər, bu ola da bilər, olmaya da. Belə ki əvvəlcədən tam dəqiqliyi ilə hesablamaq mümkün deyil... Pambıq əyirici istehsalatında istehsal prosesinin qısamüddətli dayanması zamanı biz həmin istehsalatın sexlərində təmir-bərpa işlərinin görülməsinə, dəzgahların təmirinə, yaxud sazlanmasına çalışdıq. Oktyabrın 29-da isə bu istehsalatda iş ahəngi bərpa olunub və istehsalat tam gücü ilə işləməyə başlayıb. (Şəkildə: "Şəki-İpək" ASC-nin texniki direktoru Şahin Əzizov )

Şəki "İpək" ASC-nin Pambıq Əyirici İstehsalatı -2010; foto reportaj:

Comments