Bədbəxt hadisə; Gəncədəki İpəkçilik İnstitutunun direktoru intihar etmişdir

15 Oca 2010 10:39 tarihinde Aydin Salis tarafından yayınlandı
   Ganca.az saytında, Təhminə Tağızadə tərəfindən təqdim edilən xəbərə əsasən, dekabrın 12-də, axşam saatla-rında, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun 72 yaşlı direktoru İnayət Qarayev yaşadığı mənzildə özünü iplə asaraq intihar etmişdir.
   Bildirilir ki, son aylar onun səhhəti qeyri-kafi idi. Belə ki, İnayət Qarayev bir neçə ay öncə,  ikinci dəfə ürək infarktı keçirmişdir və həmin səbəbdən səhhətində ciddi problemlər yaranmışdı.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.  Prokurorluqdan verilən məlumata görə, intiharın səbəbi hələlik məlum deyil.
   Sovet dövründə Azərbaycanda ipəkçiliyin inkişafında Gəncə şəhərində təşkil olunmuş Azərbaycan İpəkçilik Elmi-tədqiqat İnstitutu alimlərinin də böyük rolu olmuşdur. Bu institutda xeyli yeni tut ipəkqurdu cinsləri, hibridləri, eləcə də çəkil tut ağacı sortları yetişdirilmişdir. Hibridlərin istehsalata tətbiqinin bir nəticəsi kimi, 1991-ci ildə Azərbaycan SSR-də rekord miqdarda 6 min ton barama istehsal olunmuşdu.
Qeyd: Qəzetimiz çapa hazırlanarkən, yanvarın 6-da, Gəncədən daha bir anoloji xəbər aldıq, Gəncə Regional Elmi Mərkəzin şöbə müdiri olmuş, 70 yaşlı Arzuman Bədəlov da eyni üsulla intihar etmişdir. O isə psixi xəstəlikdən əziyyət çəkirmiş.
 
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments