Qeyri-maddi mədəni irsin qorunmasına dair TÜRKSOY-un III seminarı aprelin 28-də Şəki şəhərində davam etdiriləcəkdir >>

24 Nis 2010 12:34 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Mədəniyyət və Turizm Nazirliyindən verilən rəsmi məlumata görə:
 
    Qeyri-maddi mədəni irsin qorunmasına dair  TÜRKSOY-un  III seminarı 27-29 aprel 2010-cu il, Bakı-Şəki
 2010-cu il 27 aprel, saat 10.45-də “Muzey Mərkəzi”nin binasında Qeyri-maddi mədəni irsin qorunmasına dair  TÜRKSOY-un  III seminarı başlanacaq.
    16-17 oktyabr 2009-cu il tarixlərində Bakı şəhərində keçirilmiş TÜRKSOY təşkilatının Mədəniyyət Nazirlərinin Daimi Şurasının XXVI toplantısında qəbul edilmiş “TÜRKSOY-un 2010-cu il üçün Fəaliyyət Proqramı”na əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Qeyri-maddi mədəni irsin qorunması üzrə TÜRKSOY təşkilatının “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda III Beynəlxalq seminarının təntənəli açılışına Fırat Purtaş (TÜRKSOY təşkilatının Baş katibinin müavini), Elçin Qafarlı (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi), Öcal Oğuz (Türkiyə Respublikası Qazi Universitetinin prof. Doktoru), Nebi Özdemir (Türkiyə Respublikası Hacettepe Universitetinin prof. doktoru), Metin Ekici (Türkiyə Respublikası Ege Universitetinin prof. doktoru), Mahmut Evkuran (Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin  müdiri), Şengül Gitmez (Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin şöbə müdiri), Ahmet Gökhan Kaynakçı (Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin məsləhətçisi), Serikkazy Korabay (Qazaxıstan Respublikasının M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu), Fanziliya Zavqarova (Tatar folklorunun Dövlət toplanma, qorunma, öyrənilmə və təbliğat mərkəzinin direktoru), Yusuf Örs (Şimali Kipr Türk Respublikası, sənət tarixçisi), Fatma Giritli (Şimali Kipr Türk Respublikası, xalq musiqisi üzrə tədqiqatçı) kimi mütəxəssislər dəvət olunub.
     Seminarın ilk günü  “Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri” mövzusunda məruzə dinlənəcək. Günün ikinci yarısında  İştirakçıların 2010-cu il üçün Azərbaycanın Sənətkarlıq Paytaxtı - Şəkiyə yola düşməsi və seminarın işinin  aprelin 28-də Şəki şəhərində davam etdirməsi planlaşdırılır. Şəki şəhərində  davam olunacaq seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsin Beynəlxalq Reyestrinin  formalaşdırılmasının imkanları, “Türk dünyasının xalq yaradıcılığı paytaxtları” Beynəlxalq Proqramı  layihələrinin  müzakirələrindən  sonra  seminarın işi yekunlaşdırılacaq. Ertəsi gün  iştirakçıların Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanışlığı gözlənilir.  Aprelin 30-da şəhərimizin qonaqları üçün İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyaları təşkil olunacaq.

Mənbə: >>

Comments