ŞAHNAZ HAŞIMOVA: Şəki kələğayılarını çox sevirəm! >>

23 Eki 2010 11:28 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 2 Ara 2018 08:02 güncellendi ]
 

Şahnaz Haşımova "Şəki-İpək" ASC-nin mağazasında

Bir neçə gün əvvəl, məşhur müğənni, Gəncə Dövlət Flarmoniyasının direktoru,
Xalq Artisti Şahnaz Haşımova Şəkinin qonağı olmuşdur. Biz onu “Şəki-İpək” şirkətinin mağazasında “yaxaladıq”..
A. Məmmədov: Şahnaz xanım, Şəki haqqında nə deyə bilərsiniz?
Ş. Haşımova: Şəki mənim ürəyimdə xüsusi yer tutan bir şəhərdir. Məm, hər ay ürəyim atlanır ki, Şəkiyə gəlim, Şəkini gəzim, Şəkinin paxlavası ilə çay içim, Şəkinin gözəl insanları ilə görüşüm və yenə də gedim Gəncəmizə. Bildiyiniz kimi, Gəncə Dövlət Filarmoniyasının yaradıcılarından biri və ilk direktoru şəkili Məmməd Bürcəliyev olmuşdur, bəlkə də elə buna görədir ki, mən Şəkini çox sevirəm.
A. Məmmədov: Neçə dəfə gəlmisiniz bura:
Ş. Haşımova: Çox, mən bura gəlmişəm, həftələrlə konsert vermişəm, Xan sarayında olmuşam, hər yerdə... Mənin çoxlu dostlarım var burada, ailəmizin dostları var, toylara gəmişəm, çox sevdiyim bir şəhərdir, kəlağayıları çox sevirəm, “İpək” kombinatında oldum bu gün, çox gözəl qarşılandım, kəlağayı hədiyə oldu mənə, burda bu gün, çox təşəkkür edirəm.
A. Məmmədov: Şəki televiziyasının xəbəri var, siz buradasınız? Xəbər versəm necə olar?
Ş. Haşımova: Şəki televiziyasının xəbəri olsa, – gülür. Mən gedirəm, çünki mənim xaricdən qonaqlarım var.
A. Məmmədov: Bizə təqdim edə bilərsiniz?
Ş. Haşımova: Professordu, Kvalovski, Litvadan gəlib, dilçi professordu. Şəkini çox sevdi və məndən xahiş etdi... Mən onu gəzdirirəm bütün Azərbaycanı, o bizim qədim atributlarımız ilə, qədim abidələrimizlə, hamısı ilə maraqlanır. O, deyir ki, məni tanış elə, Şəkiyə bir də gətir. Mən də deyirəm ki, mən səni hər dəfə Şəkiyə aparacam, çünki mənim özümün də ürəyi, bura gəlmək istəyir.
A. Məmmədov: Bu mağazadan nə bazarlıq elədiniz?
Ş. Haşımova: Burdan mən, bazarlıq heç eləmədim, mənə hədiyyə verdilər.
A. Məmmədov: Nə verdilər hədiyyə?
Ş. Haşımova: Mənə? Mənə bir dənə bax, gördüyünüz ağ kəlağayı, sonra bir dənə bax, - çantasını açır, sonra fkrindən daşınır, – çoxdu da, indi bir “sumka”.
A. Məmmədov: İcazə verin, sizin foto şəklinizi çəkim.
Ş. Haşımova: Bir dənə çəkin, sənətkarın şəkli kimə qalır? Xalqına! Sizin bütün redaksiyanıza, heyətinizə, öz məhəbbəti, salamlarımı, çatdırıram.
A. Məmmədov: Təşəkkür edirəm.

 
"İpəkçi" qəzeti
 №9 (2273); 18 oktyabr 2010-cu il

 

 
Comments