Şəki televiziyası "Kanal S"-in 13 may xəbərləri >>

13 May 2010 12:41 tarihinde Aydin Salis tarafından yayınlandı
  • 15 may Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirilmişdir

    Şəki Dövlət Texniki Kollecinin akt zalında Beynəlxalq Ailə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi təşkil etmişdi. Tədbirdə kollecin müəllim və tələbə kollektivi, gənclər və idman idarəsi əməkdaşları və digər qonaqlar iştirak edirdi.
    Təbiri giriş sözü ilə açan Kollecin direktoru Oxşar Sədiyev 15 may beynəlxalq ailə günü ilə bağlı məlumat verdi. Sonra tədbirdə çıxış edənlər gənc ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə ailə dəyərlərinin təbliğ edilməsi, sağlam və möhkəm ailələrin qurulmasına ictimai dəstək göstərilməsi, ictimaiyyətin diqqət və səylərini onların sosial problemlərinin həllinə cəlb edilməsi və digər məsələlər haqqında məlumat verdilər

  • Şəki polisi aparılan əməliyyat tədbirləri nəticəsində üzərində narkotik maddə olan iki şəxsi həbs edib. Maraqlısı isə odur ki, saxlanılan şəxslər həmkarlarını da ələ verməkdən çəkinməyib. İlkin dindirilmə zamanı onlar daha iki nəfərin də adını açıqlayıb

 
     5 may 2010-cu il tarixində ŞŞRPŞ-nin əməkdaşlarI tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakinləri Kərimov Sabir Vəlican oğlu və Mirzəyev Həsən Ələkbər oğlu şübhəli şəxs qismində saxlanılıb. Onların üzərinə baxış keçirən zaman Sabir Kərimovdan şəxsi istehlak miqdarından artıq miqdarda 1,257 q. çəkidə narkotik vasitə - heroin, aşkar olunmuşdur. Saxlanılan Yevlax şəhər sakini Şirinov Şahin narkotiki satmadığını, gələn qonaqlara pay verdiyini iddia etsə də, onun həmkarları, o cümlədən əmisi oğlu Şirinov Bilal Telman oğlu Şahinin dediklərini tam təkzib ediblər. Narkotik vasitə Sabir Kərimovun üzərindən aşkar edilib. Onu Yevlaxa aparan, daha doğrusu, bunu ona təklif edən isə Mirzəyev Həsən olub. Sabirin özünün dediyinə görə, xəstəliklə əlaqəli bəzən narkotikdən istifadə edir. Elə buna görə də Həsənin təklifini qəbul edib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

  • Hazırda ölkəmizdə ən ciddi problemlərdən biri də işsizlikdir

    Düzdür, yerlərdə məşğulluq idarələri işsizliyi aradan qaldırmaq üçün bəzi tədbirlər həyata keçirir. İşsiz əhali arasında gənclərin çoxluğu vəziyyəti daha da acınacaqlı edir. Elə bu məsələləri müzakirə etmək üçün bu gün şəhərimizdə dəyirmi masa keçirilmişdir.
    Şəki rayon məşğulluq mərkəzində “Sosial tərəfdaşlığın məşğulluq xidmətində rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Baş Məşğulluq İdarəsinin baş məsləhətçisi İbadət Verdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firion Əliyev və digər idarə, müəssisə rəhbərləri iştirak edirdilər. Dəyirmi masanın keçirilməsində əsas məqsəd, işsizliklə bağlı mövcud olan problemləri müzakirə etmək, maraqlı təklifləri eşitmək və bu problemdən çıxış yollarını birlikdə tapmaq idi. Şəki rayonunda da işsizlərin sayı az deyil və bu problemi aradan qaldırmaq üçün müəyyən tədbirlər görülür. Dəyirmi masa müxtəlif çıxışlarla davam etdi. İşəgötürən idarə, müəssisə və təşkilatların, eləcə də işə qəbul olunmaq istəyənlərin problemləri çıxışlarda öz əksini tapdı.
Comments