Bu il fevralın 3-də özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmiş Hikmət Səlimovun işi yenidən məhkəmədə!

3 Ağu 2011 11:20 tarihinde Aydin Salis tarafından yayınlandı
   Avqustun 4-ü saat 10.30 radələrində Şəki Rayon Məhkəməsi fevral ayında özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmiş mərhum Hikmət Səlimovun həyat yoldaşı Nailə Ramazan qızı Səlimovanən şikayətinə baxmalı idi. N.Səlimova Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli qərarından şikayətçidir ( Bax: >> ). O, hesab edir ki, Şəki rayon prokurorluğu onun ərinin intiharı ilə bağlı başlanmış cinayət işıinə tam əsassız olaraq xitam vermişdir. Belə ki istintaq materiallarından da sübut olunub ki onun əri vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dözə bilməyərək intihar etməyə məcbur olmuşdur. Məlumat üçün əlavə edirik ki,  Şəki Rayon Prokurorluğu əvvəlcə CPM-nin 125 (özünü öldürmə dərəcəsinə çatdırma) maddəsi ilə iş açsa da sonra xəlvəti olaraq həmin maddə ilə başlanmış cinayət işinə xitam vermiş və bu qərarını N.Səlimovadan gizlətməyə çalışmışdır...
   Lakin məhkəmə iclası baş tutmadı. Belə ki məhkəmənin göstərilən  başlama vaxtına yarım saat qalmış N.Səlimova Şəki Rayon Məhkəməsinə teleqram vuraraq məhkəmənin vaxtı barədə bir neçə saat əvvəl bildiriş aldığını və həmin səbəbdən də məhkəməyə gəlməyə hazır olmadığını bildirmiş, məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmişdir. Həmçinin, Şəki Rayon Məhkəməsinə həm də "tövsiyyə" etmişdir ki imkan daxilində  növbəti məhkəmə iclasının vaxtı barədə ona azı 3-gün əvvəl məlumat versinlər.
     2-ci məhkəmə iclası avqustun 15-nə, saat 15 00- təyin olundu. Məhkəməmədə zərəçəkmiş tərəfdən məhrumun həyat yoldaşı Nailə Səlimova işə yenə hakim Kamran Süleymanov baxmasına yazılı şəkildə etiraz etsə də onun vəsatəti təmin olunmadı. Prokurorluqdan isə heç kim gəlməmişdir. Onların nümayəndəsi isə yəqin ki, elə hakim K.Süleymanov özü olub.
     Bir neçə dəqiqədən sonra isə hakim N.Səlimovanın şikayətinin təmin olunmaması barədə hökmü oxudu. Guya ki, CM-nin 125-ci maddəsinə görə məhrum Hikmət Səlimovun ölümündə heç kimi günahlandırmaq olmaz. K.Süleymanov bu fikrini əsaslandırmaq üçün hətta adam göndərib CM-ni gətizdirdi və 125-ci maddəni oxudu:

Maddə 125.: Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Zərərçəkmiş tərəfin hakimə irad tutanda ki bəs həmin 125-ci maddədəki

"Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə"
ifadəsi nə deməkdir?  K.Süleymanov cavab verdi ki, Siz heç CM-nin "komentariyasını" oxumusunuzmu? Oxuyun və bilin ki, amansız rəfətar etmək nəyə deyirlər. N.Səlimova isə bildirdi ki, amansız rəftər göz qabağındadır, amansız rəftər nəticəsində H.Səlimov özünü öldürdü! Bu amansız rəftar deyilmi? Hakim cavab verə bilməsə də, qərarını da dəyişmədi.
 N.Səlimova bu qərardan apelyasiya şikayəti verəcəyini bildirir.
 Yeri gəlmişkən, N.Səlimova həm də məhkəmədə bildirdi ki, onun ərinin ölümü ilə bağlı işin ört-basdır edilməsi üçün təqsirkarlar məhkəmə və prokurorluq işçilərinə 60 min manat pul veriblər!
  Aydın Məmmədov
Comments