WWW.IPEKCHI.INFO YEGANƏ AZƏRBAYCAN SAYTIDIR Kİ, ONUN MƏTNİ AVTOMATİK OLARAQ 57 DİGƏR DİLƏ TƏRCÜMƏ EDILƏ BİLƏR! >>

15 May 2010 15:53 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Beynəlxalq informasiya texnologiyaları günü ərəfəsində - 15 May 2010-cu il tarixdə, Azərbaycan dilinin inkişafı baxımından çox əlamətdar bir hadisə baş verdi. Məhz, bu gündən etibarən, “Google Translate” xidməti vasitəsi ilə Azərbaycan dilində olan mətnləri, avtomatik olaraq, digər 57 dilə və əksinə, digər 57 dildən, Azərbaycan dilinə tərcümə etmək mümkündür!
    Düzdür, bu hələlik "Alfa" versiyadır və “Google Translate” xidməti vasitəsi ilə Azərbaycan dilinə və əksinə edilən tərcümələr o qədər də keyfiyyətli deyil, eyni xdmət vasitəsi ilə ingiliscə-rusca və əksinə edilən tərcümələrin keyfiyyətindən neçə dəfə geri qalır, amma biz bu problemi tədricən, aradan qaldıra da bilərik. Belə ki, bu sistem hansı sözü doğru tərcümə etmirsə, o zaman, bizi qane edən variantı "Daha doğru variantı göstərmək" xanasına qeyd edə və sistemə cavabdeh olan şəxslərə göndərə bilərik. Nəticədə bizim təklif etdiyimiz variant  sistemə daxil edilə bilər...
   Bundan başqa, biz "Google Panel"ini öz kompüterinizə yükləməklə, “Google Translate” xidmətinə daxil edilmiş digər dillərdə olan veb səhifələri Azərbaycan dilinə çevirə bilərik. Yeri gəlmişkən, bu halda türkcə veb-səhifələr  Azərbaycan dilinə, Azərbacan dilində olan veb-səhifələr isə türk dilinə az qala 100 % dəqiqliklə çevrilir.
   Onu da əlavə edək ki, bizim www.ipekchi.info saytımız yeganə Azərbaycan saytıdır ki, onun mətni, heç bir əlavə yükləməyə ehtiyac olmadan Azərbaycan dilindən  57 digər dilə avtomatik tərcümə oluna  bilir! Belə ki  bizim sayt "Google Sites" serverində yerləşdiyindən, o brauzerdə açılan kimi, avtomatik olaraq, sağda - brauzerin aşağısında, "перевод", yaxud "translate" linki görünür və bunu tıqlamaqla, bizim saytın istənilən səhifəsini 57 digər dilə tərcümə etmək mümkündür!
 
A.Məmmədov
 
 
QEYD:
Bu gün mayın 16-sıdır, 2 gündür bu xidmət istifadədədir, lakin təəssüflər olsun ki, Azərbaycanda bunun nə olduğunu hələ ki heç kim dərk etmir! Bunun nə qədər ciddi bir iş olmasına dair bir misal: Bundan sonra Türk dilində olan veb səhifələri Azərbaycan dilinə, Azərbaycan dilində olan veb-səhifələri  isə əksinə, türk dilinə, avtomatik olaraq 99% dəqiqliklə çevirmək imkanımız var! Bu inqilabdır (Gözəgörünən əsas çatışmamazlıq isə budur ki, bu sistemdə "Azərbaycan" sözü "Azerbaycan" əvəzinə, "Türkiye" şəklində tərcümə olunur. Bu barədə, biz onlara məlumat verdik, yəqin ki həmin xəta tezliklə, aradan qaldırılacaqdır)!  Bizim www.ipekchi.info saytı avtomatik olaraq türk dilinə  belə tərcümə olunur: baxın >>
 
Comments