ŞƏKİDƏ ƏLİL UŞAQLARIN HÜQUQLARI İLƏ BAĞLI “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR

15 Oca 2010 11:11 tarihinde Aydin Salis tarafından yayınlandı

   “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 3-də Şəki şəhərindəki sənətkarlar evində əlil uşaqların hüquqları ilə bağlı “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə şəhər icra hakimiyyətinin, təhsil, səhiyyə və mədəniyyət şöbələrinin məsul işçiləri, polis şöbəsinin uşaqlarla iş bölməsinin əməkdaşları, habelə əhalinin sosial müdafiəsi mərkəzinin, əlillərin hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
   “Dəyirmi masa”da “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov çıxış edərək bil-dirmişlər ki, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı qeyri-hökumət təşkilatları, YUNİCEF və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə BMT-nin Uşaq Hüquqları Komitəsinə “Azərbaycanda uşaqların vəziyyəti və Uşaq Hüquqları Kon-vensiyasının icrası” ilə bağlı alternativ QHT hesabatı hazırlayır.
  Əlilliyi olan uşaqların vəziyyətinə xüsusi diqqəti cəlb etmək üçün indiki hesabatda bu sahədə görülən işlər ayrıca öz əksini tapacaqdır. Bu məqsəd ilə QHT Alyansına daxil olan müxtəlif qeyrihökumət təşkilatları, o cümlədən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin nümayəndələri regionlarda həmin sahə-yə cavabdeh şəxslərlə görüşür, görülən işlərlə maraqlanır, müzakirələr aparır, irəli sürülən təklifləri qeydə alırlar.
    Tədbirdə şəhər icra hakimiyyətinin, əlaqədar dövlət qurumlarının nümayəndələri çıxış edərək əlil uşaqlarla bağlı görülən işlər barədə danışmış, təkliflərini vermişlər.

Şəki sentyabr ayında; arxiv;
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments