Azərbaycan mətbuatı üçün ilk dəfə; DMOZ İNTERNET KATALOĞU HAQQINDA

15 Oca 2010 12:13 tarihinde Aydin Salis tarafından yayınlandı
   Www.dmoz.org veb ünvanında yerləşən internet kataloq Azərbaycanda o qədər də tanınmır. Lakin bu kataloq yüzlərlə internet kataloğun, o cümlədən “Google” İnternet Kataloğunun və “Google” axtarış sisteminin əsas bazasıdır. Əgər “Google” İK-u ən yaxşı halda ayda bir dəfə yenilənirsə,  DMOZ İK-u hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar  yüzlərlə yeni sayt daxil edirlər. 24.12.1009-cu il tarixdə DMOZ İK-u 4 523 956  saytdan ibarət idi.
    DMOZ İK-unda Azərbaycan  əsasən 3 dillə - azərbaycan, ingilis və rus dili ilə təmsil olunur. Burada igilis dilində olan saytlarımızın sayı 500-dən, Azərbaycan dilində olan saytlarımızın sayı 1000-dən çoxdur, rus dilində isə cəmi 125 saytımız var.
    Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. DMOZ İK-nun redaktoru olmaq üçün sadəcə, tələb olunan ərizə formasını doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır. Lakin  DMOZ İK-nun redaktoru olmaq heç də asan məsələ deyil, başqa sözlə heç də “hər yoldan ötəni” redaktorluğa götürmürlər. Təsadüfi deyildir ki, indiyə qədər, yəni 8 il ərzində buradakı azərbaycanlı redaktorların sayı heç  8-ə belə çatmamışdır.
Bizim redaktorlardan ən yüksək mərtəbəyə qalxan şəxslərdən birinin  şərti adı “Tabib”, digərinin isə “Namiq”dir. Onların rus, ingilis və azərbaycan dilində Azərbaycana aid olan bütün kateqoriyaları və hətta Azərbaycana  aidiyyəti olmayan bəzi kateqoriyaları da edital redaktə etmək hüquqları var idi. Namiq daha çox irəliyə gedə bilmiş və hətta Ermənistana aid rus dilində olan kateqoriyaları da redaktə etmişdir. O, nəinki azərbaycan, hətta bütün rus dilində olan kateqoriyalar üzrə redaktor idi! Lakin hansısa səbəbdən,   onlar 2004-cü ildən sonra bu hüquqlarından istifadə etmirlər. 4-cü əsas redaktorumuzun şərti adı “Editoraz”-dır. Onun Azərbaycan dilində olan bütün kateqoriyaları  və Azərbaycana aid ingilis dilində olan bəzi kateqoriyaları redaktə etmək hüququ var. 4-cü  redaktorumuzun şərti adı  “Salis”dir.  O, azərbaycan dilində olan bütün kateqoriyaların və ingiliscə “Sheki” kateqoriyasının redakto-ru olmaqla, həm də rusca  “Азербайджан” kateqoriyası üzrə də  qrinbaster kimi redaktə hüququna malikdir.
     Onlardan başqa, DMOZ-da daha iki azərbaycanlı redaktor da var, “Babak” və “Sevda”. Lakin bu redaktorlardan heç biri  hələlik, özünü göstərə bilməyib...
     DMOZ redaktorunun fəaliyyəti  ilə biz teztezmi qarşılaşırıq? Bəli, məsələn, Google.az saytının axtarış xanasına “Şəki Apellyasiya Məhkəməsi” ifadəsini yazıb axtar düyməsini tıklayaq. İlk nəticə: (ad) “Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi” və (təsvir) “Məhkəmə haqqında ümumi məlumat. Qanunvericilik, aidiyyəti olan xəbərlər.” olacaqdır. Bu sayt adı və sayt təsviri, məhz, DMOZ redaktorunun zəhmətidir...
DMOZ İK-u Azər-baycana nə dərəcədə lazımdır? Ən əvvəla, internet bələdçi kimi. Məsələn, kimsə Azərbaycanın nazirliklərinə, yaxud ali təhsil müəssisələrinə məxsus saytları axtarırsa, hansı kataloğa müraciət edə bilər axı? Əlbəttə ki DMOZ İK-na! 2-cisi də budur ki,
    DMOZ İK-u həm də siyasətdir. Məsələn, bu kataloqda “Dağlıq Qarabağ”  kateqoriyası  “Azərbaycan” kateqoriyasının tərkib hissəsidir. Vaxtılə, redaktorlar arasında mübahisələr baş verirdi, bəziləri istəyirdilər ki “Dağlıq Qarabağ”ı “Azərbaycan”  dan çıxarsınlar, amma mümkün olmamışdı... Son günlər isə burada , ingiliscə ”regional/Asia /Armenia” kateqoriyasında qeyriqanuni olaraq, “Karabakh” kateqoriyası yaradılmış və ora ermənilərin işğal etdikləri Kəlbəcərə dair bir sayt daxil edilmişdir. Bu internetdə Qarabağın Ermənistanın tərkib hissəsi kimi tanınmasına deməkdir!  Azərbaycan höküməti buna mütləq kəskin reaksiya göstərməyə borcludur!
   DMOZ İK-u həm də ölkədə internetin inkişafını göstəricisidir. Məsələn, oktyabrın 1-də DMOZ İK-dakı rusdilli saytların sayı  70235-olmuşdur. Rus redaktorlar son 4 gün ərzində bura 235 sayt əlavə ediblər. Deməli, Rusiyada internet və veb quruculuğu inkişafdadır! Lakin rusların balaca Hollandiyaya çatmalarına hələ çox vaxt lazımdır. Belə ki bu kataloqda holland dilində olan saytların sayı 99 533-dür!
   DMOZ İK-da erməni di-lində olan saytların sayı 1330, azərbaycan dilində olan saytların sayı isə hələlik, cəmi 1070-dir. Bu bizim üçün heç də yaxşı göstərici hesab oluna bilməz, yəni Ermənistanda internet Azərbaycana nisbətən, guya, daha çox inkişaf etmişdir?!
   DMOZ İK-da ingilisdilli saytlarımızın sayı qənaətbəxş hesab oluna bilərsə, buradakı rusdilli saytlarımızın sayı heç də hələlik, reallığı əks etdirmir. Bir çox rəsmi saytlarımızın rusdilli versiyaları işləmir, işləyən bəzilərində isə hüquqi şəxsin adını (nazirlik, komitə) təş-kil edən sözlərin hamısının birinci hərfi böyük yazılır. Əslində isə bu qayda yalnız azərbaycan dilinə aiddir, ruslar yalnız 1-ci sözün 1-ci hərfini böyük yazırlar. Məsələn: “Министерство оборонной промышленности”.
2009-cu ilin sonunda DMOZ redaktorları ara-sında ənənəvi müsabiqə keçirildi, bu il yanvarın beşındə açıqlanan nəticələrə görə Salis “World/Azerbaijani New Editor of the Year”  mükafatını əldə etdi. Onun  həmin mükafat üzrə namizədliyi 3 ölkənin, İtaliyanın (1), Rusiyanın (1) və Türkiyənin (2) redaktorları tərəfindən irəli sürülmüşdür və o, DMOZ tarixində mükafat almış 3-cü azərbaycanlı redaktor oldu! Əlavə olaraq qeyd edək ki, səsvermədə iştirak etmiş 207 nəfərdən 32-si Salisə səs vermişdir  və digər 144 nominasiya üzrə cəmi 15 halda  bu qədər, yaxud bundan çox, ən çoxu 50 səs toplanılıb, səs verənlər  isə müxtəlif ölkələrdə yaşayan, müxtəlif dillərdə danışan və müxtəlif məzhəblərə qulluq edən  redaktorlardır. Bəli, DMOZ-da xalqlar dostluğu və demokratiya mövcuddur!
   Kompüter və internet biliklərinə malik ziyalılar, tələbələr, DMOZ redaktoru olaga çalışın!
Aydın,
"İnternet və biz",
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments