“İlham Əliyev” sorğusuna cavab olaraq, dünyanın ən populyar internet-axtarış sistemi olan “GOOGLE” birinci sırada “Şəkinin səsi” qəzetinin saytından iqtibas gətirir!

15 Oca 2010 12:24 tarihinde Aydin Salis tarafından yayınlandı
  
Artıq 2-ci ildir ki dünyanın ən populyar internetaxtarış sistemi olan “GOOGLE”,  “İlham Əliyev” sorğusuna cavab olaraq ilk sırada,  möhtərəm Prezidentin “Şəkinin səsi” qəzetinin veb səhifəsindəki bu şəklini göstərir.
 
 
 
 
 
 
 
 
Şəklin arxasınca isə mərhum Salis Məmmədovun qələmə aldığı  aşağıdakı məqalə açılır: 

İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜMİD ÇIRAĞIDIR, ONUN YENİDƏN PREZİDENT SEÇİLƏCƏYİNƏ HEÇ BİR ŞÜBHƏ YOXDUR


   "Şəkinin səsi" -"İpəkçi"nin respublikamızda, habelə bir sıra xarici ölkələrdə yaşayan daimi oxucuları arasında keçirdiyi telefon sorğusunun nəticələri təxminən belə olmuşdur: Ulu öndər Heydər Əliyev fenomenini inkar etmək mümkün deyil. İndi həmin ada, bir ad da qoşulmuşdur. – İlham ƏLİYEV! Bu tarixi həqiqətdir. Azərbaycana, doğma xalqının dünəninə, bu gününə, sabahına sədaqət onun qəlbində, qanındadır. Buna görə də xalqımız İlham müəllimin birinci prezidentlik dövründəki bütün fəaliyyətini yüksək qiymətləndirir, ona etibar edir və onu yenidən  prezident seçməyə hazırlaşır…
   Bu fikirlər "Şəkinin səsi" – "İpəkçi" qəzetlərinin ölkəmizdə və bir sıra xarici dövlətlərdə yaşayan, işləyən, təhsil alan özünün 200 nəfər azərbaycanlı oxucusu arasında Azərbaycanda gələn ilin axırlarında keçiriləcək Prezident seçkiləri ilə bağlı əhvalruhiyyəsini öyrənmək məqsədilə apardığı telefon sorğusundan alınmış cavabların leytmotivini təşkil edir.
   Qəzetimizin istər ölkəmizdə, istərsə də xarici ölkələrdə olan oxucuları yaxşı başa düşürlər ki, məhz ulu öndər Heydər Əli-yevin böyük tarixi xidmətləri sayəsində əldə edilmiş Azərbaycanın dövlət müstəqilliyi onun etibarlı varisi İlham Əliyev tərə-findən daha da qorunub möhkəmlənmiş, inkişaf etdirilmişdir. Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi", "Bakı-Tbilisi-Ceyhan" neft, Bakı-Tbilisi-Ərzurum" qaz ixrac kəmərlərinin tikintiləri İlham Əliyevin Prezidentliyi dövründə başa çatdırılmış, istifadəyə verilmişdir və s.
     Göründüyü kimi, Heydər Əliyevin siyasi xətti bu gün də İlham Əliyev tərəfin-dən uğurla davam etdirilir. Sözsüz ki, ölkə prezidentinin öhdəsinə çox böyük işlər düşür. Qəzetimizin çoxsaylı oxucuları başa düşürlər ki, o, bütün bu işlərin öhdəsindən layiqincə gələcəkdir.
    Rəy sorğusundan da göründüyü kimi, "Şəkinin səsi"-"İpəkçi" də təxminən 14-15 aydan sonra ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edəcək - növbəti Prezident seçkiləri ərəfəsində öz fəaliyyətini bu istiqamətə doğru yönəltmişdir. Redaksiya mız bu baxımdan Şəki-Balakən bölgəsində, Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, habelə Rusiya Federasiyasında, Ukraynada, İranda, Türkiyədə yaşayan, işləyən, təhsil alan özünün 200 nəfər oxucusu arasında telefon vasitəsilə sorğu keçirmiş, onların növbəti seçkilərlə bağlı əhval-ruhiyyəsini öyrənmişdir. Məlum olmuşdur ki, oxucularımızın 94 faizdən çoxu Azərbaycan xalqının böyük etimadını qazanan, bütün dünyada ən bacarıqlı bir siyasətçi kimi tanınan  İlham Əliyevə etimad göstərdiyini qeyd etmiş, onu 2-ci dəfə Azərbaycan Prezidenti kürsüsündə görmək arzusunda olduğunu bildirmişdir.
    İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsini bütün dünya normal qarşılayır. İran, Türkiyə, Rusiya Fede-rasiyası, Almaniya Respublikasının bu günlərdə Şəkidə qonaq olmuş səfirlərinin köməyi ilə bu ölkələrdə olan oxucularımız arasında keçirdiyimiz rəy sorğularımıza aldığımız cavablar da bunu bir daha təsdiq edir. Ancaq bizim bəzi müxalifət qəzetləri "sayaqlayır", necə deyərlər: "düşmən dəyirmanına su tökürlər". Həmin qəzetlərin "cızmaqaralarına" isə inanan yoxdur. Am-ma bizim keçirdiyimiz rəy sorğusu başqa şeydən xəbər verir. İlham Əliyevə ilk güc-lü dəstək Beynəlxalq Seçki Sistemləri Fondunun açıqlamalarından və bir də ki, "Şəkinin səsi"-"İpəkçi"nin xarici döv-lətlərdə təmsilçisi olan, yaşayan azərbaycanlı oxucularından gəlmişdir.
    Heydər Əliyev fenomenini inkar etmək daha mümkün deyil. İndi həmin ada bir ad qoşulmuşdur - İlham Əliyev! Bu tarixi hə-qiqətdir. Azərbaycana, doğma xalqının dünəninə, bu gününə, sabahına sədaqət onun qəlbində, qanındadır. Buna görə də xalqımız onun ötən 4 illik Prezidentlik dövrünü yüksək qiymətləndirir, İlham müəllimə etibar edir və onu ikinci dəfə yekdilliklə Azərbaycan Prezidenti seçməyə hazırla-şır.
    Şübhə yoxdur ki, Vətənimiz Azərbaycanı daha güclü, çiçəklənən, dünyanın ən inkişaf etmiş ölkələri sırasında görmək istəyən hər bir soydaşımız, "Şəkinin səsi" – "İpəkçi"nin hər bir oxucusu gələn ilin axırlarında keçiriləcək prezident seçki-lərində daha fəal iştirak edəcək və öz səsini yenidən İlham Əliyevə verəcəkdir.

M. SALİS,
"Şəkinin səsi"-"İpəkçi"nin
 baş redaktoru, əməkdar jurnalist
.

P.S. "Şəkinin səsi" -"İpəkçi"nin gələn ilin axırlarında ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə bağlı özünün dünyada olan 200 nəfər oxucusunun əhval-ruhiyyəsini öyrənmək məqsədilə keçirdiyi telefon sorğusunun nəticələri haqqında internet səhifələrində daha ətraflı məlumat əldə etmək olar.
2007
 
"İnternet və biz",
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments