Daha bir ağır korrupsiya faktı: MTN əməkdaşları vətəndaşdan - Yeni Azərbaycan partiyasının üzvündən, 200 min manat rüşvət tələb ediblər!

24 Şub 2012 11:33 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 25 Ara 2017 14:42 tarihinde Admin Sheki.city tarafından güncellendi ]
Şəkildə: Zakir Bədəlov
 
    Azərbaycanda korrupsiyanın tüğyan etməsi ilə bağlı vaxtaşırı olaraq redaksiyamıza çoxlu sayda şikayətlər daxil olmaqdadır, bunlar bizi təəccübləndirmədiyi kinmi sizi də təəccübləndirə bilməz, ona görə onlara çox vaxt heç əhəmiyyət vermirik, belə ki bu adi bir işdir və əgər həmin şikayətləri bir-bir dərc etsək, heç nə də dəyişməyəcək! Heç görmüsünüz ki korrupsiya və rüşvət üstündə Azərbaycanda kimisə həbs etsinlər, ya işdən çıxarsınlar, yaxud heç olmasa tənbeh etsinlər? Əksinə, Azərbaycanda rüşvət və korrupsiya ittihamı ilə daha çox jurnalistləri həbs ediblər, özü də korrupsiyadan və rüşvətdən yazan jurnalistləri! Məsələn, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını – heç nəzərə almadılar ki, bu böyük jurnalist, Milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığını ilk dəfə aləmə car çəkmiş, ona Milli qəhrəman adı verilməsi təşəbbüsünü irəli sürmüşdür. Əgər Əvəz Zeynallı olmasa idi bizim Mübariz adlı qəhrəmanımız da omazdı, başqa sözlə bizim qəhrəmanlarımız kifayət qədərdi, sadacə onları Əvəz Zeynallı kimi üzə çıxaranlarımız yoxdu! 
      Məsələn, götürək bu gün redaksiyamıza daxil olmuş, vətəndaş Zakir Bədəlovun Prezidentə və aidiyyəti olan müxtəlif orqanlara ünvanlandığı şikayət məktubunu. Burada MTN əməkdaşları tərəfindən şikayətçidən nə az, nə də çox, düz 200 min manat rüşvət tələb edilməsindən söhbət gedir!!! İstisna hal kimi həmin şikayət ərizəsini aşağıda, olduğu kimi dərc edirik, görək nəsə yaxşılığa doğru dəyişəcəkmi? 
      Bakıxanov qəs.,Əhmədbəy Ağayev küç., ev 23, mən.3-də yaşayan Bədəlov Zakir Dilənçi oğlu tərəfindən  (tel.: 055 767 68 68; 425 61 84)

ŞİKAYƏT ƏRİZƏSİ 

    Yazıb məlum edirəm ki, mən Bədəlov Zakir Dilənçi oğlu 1953-cü il 9 may Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşam. Həmin ratonda yaşayırdım və arvadım Bədəlova Nazilə Cavid qızı və mənim qızım Bədəlova Tamara Zakir qızı Gürcüstan Respublikasında yaşayırdıq və fəaliyyət göstərirdik. Zaman elə gətirdi ki, Respublikada Prezident dəyişikliyi oldu. O, vaxtları Gürcüstanda yaşamaq qeyri-mümkün idi.
    Bizə, yəni ki Azərbaycanlılara qarşı, qərəzli hərəkət edirdilər. Buna baxmayaraq bizə 3 gün vaxt qoydular: əgər siz Gürcüstanı tərk etməsəniz evinizi partladacağıq və uşağınızı oğurlayacağıq! Bunların bizə qarşı hərəkətlərinə görə məcbur olub evimizi satmaq qərarına gəldik. Ailəmizin salamatlığı üçün evimizi satdıq, 1995-ci ildə aprelin 6-da üzümüzü tutub Azərbaycan Respublikasına köçüb gəldik. 
   1996-cı ildə Bakı şəhərinin Yasamal rayonuna qeydiyyata düşdüm, keçmiş SSRİ pasportu ilə.№568256 xv P 23,12,86.bu pasportla qeydiyyata düşdüm və bu Respublikada hal-hazırda yaşayıram. Gürcüstan Respublikası ilə əlaqəmiz yoxdur. Həmin ərəfədə 1996-cı ildə arvadım və uşağım öz atası evinə qeydiyyata düşdülər. Azərbaycan Respublikası Qusar rayonun Şirvanovka kəndinə pasport qeydiyyatına düşdülər. 1998-ci il 12 iyulda Qusar rayonunda nikah bağlamışıq, şəhadətnamə jq№450620. 2003-cü ilin 11.11 ayda keçmiş SSRİ pasportuna Prezident fərman verildi ki kimin SSRİ pasportu varsa dəyişdirilməlidir və etibarsız sayılır. Həmin ildə Yasamal rayonunda keçmiş SSRİ pasportunu təhvil verib Azərbaycan Respublikasının yeni şəxsiyyət vəsiqəsi aldıq. Şəxsiyyət vəsiqəsinin seriyası AZE №01607681 və şəxsiyyət vəsiqəsinin kodu: 1458204. 2003-cü ildə mənə təzə şəxsiyyət vəsiqəsi verildi, keçmiş SSRİ-nin pasportunun əvəzinə. 
    2004-cü ildə Bakı şəhərində, Bakıxanov qəsəbəsində şəxsi həyət evi alıb həmin ünvana qeydiyyata düşdük və həmin ünvanda hal-hazırda yaşayırıq. Arvadım, qızım həmin ünvana qeydiyyata düşdülər. 2004-cü ildə mən - Bədəlov Zakir Dilənçi oğlu, Ə.Ağayev küçəsinə göstərilən ünvana pasport qeydiyyatına düşərək keçmiş şəxsiyyət vəsiqəsini təhvil verib, əvəzinə yeni şəxsiyyət vəsiqəsi aldım. Sabunçu RPİ seriya №01772974 28.01.2004-cü ildə. Qızıma da 04.07.2003-cü ildə seriyası №01145315 olan şəxsiyyət vəsiqəsi verildi. 2003-cü ildə 28.06 Sabunçu RPİ seriya №01144824. Bu günkü günə qədər həmin şəxsiyyət vəsiqəsi ilə Ə.Ağayev küç., ev 23, mən. 3-də yaşayırıq. 2005-ci il mart ayının 23-də müraciət edərək Azərbaycan Respublikasının xarici pasportunu da almışıq. PP AZE P1369503 bu pasport Bədəlova Nazilə Cavid qızına OVER-də verilib. 
    Bədəlova Tamara Zakir qızı 12.07.2005-ci ildə xarici pasport alınmışdı PP AZE P1631870. Daxili işlər tərəfindən verilib, bu günə qədər Bakıxanov qəsəbəsi Ə.Ağayev küç. Ev 23, mən.3-də yaşayırıq. 
    Mən Bədəlov Zakir Dilənçi oğlu, Daxili işlər nazirliyinə müraciət edərək 23.03.2005-ci ildə xarici pasport almışam PP AZE P1369393, həmin ünvanda Ə.Ağayev küç. ev 23 mən. 3-də yaşayıram və qeydiyyata düşmüşəm. 2010-cu ildə 03.08-də Sabunçu rayo pasport stoluna müraciət edərək, itirilmiş şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsi verildi AZE07802278, 03.08.2010. Sabunçu RPİ, Bakixanov qəsəbəsi, Ə.Ağayev küç. ev 23 mən. 3-də pasport stolu tərəfindən qeydiyyata alındı. Həmin vaxtda pasport stol Qalina Pavlovna məndən Yasamal rayonundan bir arayış gətirməyi tələb etdi. Mən də qedib Yasamal rayonundan arayış alıb Qalina Pavlovna təqdim etdim. 03.08.2010-cu ildə, Sabunçu RPİ AZE№07802278. Mən Bədəlov Zakir Dilənçi oğlu Bakıxanov qəs. Ə.Ağayev küç. Ev 23 mən.3 2004-cü ildə iyul ayında Yeni Azərbaycan partiyasının üzvü olmuşam, üzvlük vəsiqəsi №526709. Səsvermələrdə də hər dəfə iştirak etmişəm. 
    2009-cu ildə aprel ayının axırında milli təhlükəsizlik nazirliyinin əməkdaşı səhər tezdən həftənin birinci günü evimə gəlib məni maşına oturdaraq dedilər ki, siz milli təhlükəsizlik nazirliyinə getməlisiniz, sizi təcili Akif Çovdarov çağırıb. Maşına oturub nazirliyə getdim, Akif Covdarovun qəbuluna. Mən qəbuluna düşərkən söhbət zamanı bildirdi ki, 200 min manat pul verməlisiniz, əgər bu pul çatmasa səni və ailəni Azərbaycan Respublikasından deportasiya edəcəyəm. Səlim müəllim, təhlükəsizlik nazirliyinin əməkdaşının sözü oldu ki, 200 min manat sizdən ötəri elə bir pul deyil. 200 min manatı verin canınızı qurtarın. Mənim sözüm bu oldu ki, bu qədər pul məndə yoxdur. Mən evimi tikmək üçün Azərbaycan Kredit bankından 360.000 min manat borc pul götürmüşəm, evimi qirov qoymuşam və mənim sizə verəcək pulum yoxdur. Səlim müəllim Akif Çovdarova dedi ki, Zakir yalan danışır, onda olan pul heç kəsdə yoxdur. Nə qədər xahiş etdim, yalvardım mənim sözümü eşitmədilər. Mənim üstümü, ciblərimi yoxlayıb cibimdə olan xarici pasportumu və şəxsiyyət vəsiqəmi götürüb özlərində saxladılar. Mənə dedilər ki, bir adama söz desən özünü ölmüş bil və həm də ailəmi hədələdilər. Dəfələrlə Səlim müəllim və Akif Covdarov mənə və arvadıma hədə qorxu gələrək, öz xoşumuzla pasportlarımızı və qızınızın pasportunu onlara təhvil verməyimi tələb etdilər. 
     Arvadımın cavabı bu oldu ki, mən Zakir deyiləm, pasportumu sizə verməyəcəyəm. 2011-ci ilin dekabrın 28-də Səlim və Akif Çovdarovun əməkdaşları onların sifarişi ilə təqribən günorta saat 12:30-da məni evdən zorla maşına oturdurub apardılar. Yol gedə-gedə soruşdum ki, məni hara aparırlar. Mənə dedilər ki, biz kimik ki, bizi göndərənlər göndərib. Onlar da Səlim və Akif Çovdarovun adlarını söylədilər. Məni Miqrasiya İdarəsinə gətirdilər. Səlim və Akif Çovdarovun adamları isə miqrasiya işçilərinə təhvil verdilər. Milli təhlükəsizlik nazirinin əməkdaşları bildirdi ki, səni Azərbaycan Respublikasından beş illik deportasiya edəcəyik. Araşdırma aparandan sonra miqrasiya idarəsi rəisi Əli Mərdanovun əməkdaşları, səhv etmirəmsə, Elnur adlı əməkdaş, araşdırma apardı və məlum oldu ki mən Gürcüstan vətəndaşı deyiləm. Mən Bədəlov Zakir Dilənçi oğlu bildirmək istəyirəm ki, 28 dekabr 2011-ci ildə 12:30 milli təhlükəsizliyinin nazirliyinin əməkdaşlarının şəkillərini və video görüntülərini təqdim edirəm. Miqrasiya idarəsinin birlikdə mənə göstərdikləri təzyiqləri və zorla maşına basıb apardıqlarını çəkilişə təqdim edirəm. Sizə bildirmək istəyirəm ki, mənim arvadım, uşağım Azərbaycan vətəndaşıdırlar. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, artıq mənim taqətim qalmayıb, bütün aydınlıqları nəzərinizə çatdırdım. 2009-cu ilin aprel ayının 30-dan 2011-ci ilə qədər mənim şəxsiyyət vəsiqəmi və xarici pasportumu Səlim və Akif Çovdarov özlərində saxlamışdılar, sonra isə mən həmin 200 min manat vermədiyimə görə, mənim başıma oyunları açıblar. 
     28.12.2011-ci il tarixdə Səlim və Akif Çovdarovun sifarişi ilə Miqrasiya idarəsinin rəisi Arzu Rəhimov qərar çıxartmışdı ki mən 5 illik Azərbaycan respublikasını tərk etməliyəm, araşdırma aparıldı və təsdiq olundu ki mən Gürcüstan vətəndaşı deyiləm. Mən 18 ildir ki Azərbaycan Respublikasının vətəndaşıyam, burada yaşayıram və işləyirəm, aşpaz vəzifəsində işləyirəm. 
    Xahiş edirəm yuxarıda göstərilənləri nəzərə alıb şikayətimi qəbul edəsiniz, şəxsiyyət vəsiqəmin mənə qaytarılmasına və təhlükəsizliyimin təmin olunmasına köməklik göstərəsiniz. 
                                                                                                   İMZA:                                                         Z.D. Bədəlov
                                                                25.02.2012


      Yeri gəlmişkən əlavə edək ki, yuxarıdakı şikayət ərizəsində adı hallanan Akif Çovdarovun şəxsiyyəti barədə, vaxtilə, 2008-ci ildə, "Yeni müsavat" qəzetində dərc olunmuş bir yazıda maraqlı informasiya verilmişdir: ( Bax (mənbə):>> )  "Aydın oldu ki, fotoda üzü açıq şəkildə görünən şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisinin müavini Akif Teymurxan oğlu Çovdarovdur. A.Çovdarovun “Zeytun Bağı” Təsərrüfat Birliyi rəhbərliyi ilə yaxın əlaqələri, habelə həmin ərazidə obyekt sahibi olması ilə bağlı məlumatlar isə onun bu hücumun təşkilatçısı ehtimalını artırır"....  "Qeyd edək ki, A. Çovdarov MTN-in polkovnikidir, adı bir çox qalmaqallı işlərdə, o cümlədən də jurnalist Elmar Hüseynovun qətli ilə bağlı açılmış cinayət işində keçir. Bəzi təsdiqlənməmiş məlumatlara görə, cənab Çovdarov qətlə yetirilən Elmar Hüseynovun həyatının son iki günündə izlənməsilə bilavasitə məşğul olub. 
A. Çovdarov həmçinin Hacı Məmmədovun bandasına qarşı həyata keçirilən “Qara Kəmər” əməliyyatında iştirak edib və bu iştiraka görə iki dəfə təltif olunub. Birinci dəfə 10 mart 2005-ci ildə - “İgidliyə görə” medalı ilə, ikinci dəfə isə 16 martda - “Vətən uğrunda” medalı ilə təltif olunub. 2007-ci ilin mart ayının 27-də ona polkovnik hərbi rütbəsi verilib və “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.
      Bəzi məlumatlara görə, Elmar Hüseynov qətlə yetirilməmişdən bir qədər əvvəl cənab Çovdarov ölkə həbsxanalarında və xaricdə bir sıra avtoritetlərlə görüşmüş, onlara bəzi təkliflərdə bulunmuşdur...  Cənab Çovdarov MTN-in indiki rəhbərinin yaxın və inandığı adamıdır.
     Yekunda onu qeyd edək ki, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin 22 fevralda “Zeytun Bağı” adlanan ərzidə döyülməsi ilə bağlı başlanmış cinayət işi artıq açılmış sayıla bilər. Ölkənin rəhbərliyi səviyyəsində qərar verilib ki, jurnalisti döyənlər saxlansın. Lakin jurnalist Aqil Xəlillə bağlı ikinci işi hüquq-mühafizə orqanları və istintaq qurama hesab edir. İstintaqın qənaətinə görə, jurnalist özü-özünə xırda xəsarət yetirib ki, onunla bağlı birinci işə diqqət artsın".