“GOOGLE” AXTARIŞ SİSTEMİNDƏ BİZİM SAYTLAR DAHA HANSI SORĞUDA İRƏLİDƏDİR?

15 Oca 2010 12:36 tarihinde Aydin Salis tarafından yayınlandı

 

   “Google” axtarış sisteminin bütün dillərdə olan versiyaları “Şəki” sözü sorğusu üzrə 1-ci, ya 2-ci sırada “Şəkinin səsi” və “İpəkçi” qəzetləri nəzdində yaradılmış “Şəki tarixi” saytını göstərir. Daha sonra  bu saytlardan 2 şəkil təqdim edilir(“Google.ru” da 1-cı sırada). 1-ci foto A.Məmmə-dov tərəfindən çəkilmiş Şəki xan sarayının tavanındakı sfenks-əcdaha, yaxud Şəki xanlığının gerbidir, bax:


 2-cisi isə Şəki İH başçısı N. İbrahimov və müavini Z. Cavadovanın fotosudur və Şəki İH-dəki tədbirdə mərhum Salis Məmmədov tərəfindən çəkilmişdir. Şəklə bax: 

 

   Fətəli xan Xoyskinin adı üçün mətn axtarışında bizim qəzetlərin nəzdində yaradılmış "Fətəli xan Xoyski barədə sayt" 43500 nəticə sırasında 1-ci yerdədir.
   Elmira Süleymanovanın adı üzrə şəkil sorğusunda 643 şəkildən də 2-cisi, hansı ki bu da mərhum S. Məmmədov tərəfindən çəkilmişdir. Şəklə bax: 

 
   “Abıd Şərifov” şəkil sorğusuna cavab olaraq yenə mərhum S. Məmmədovun çəkdiyi foto 1-ci yerdədir. Bu şəkli biz artıq 1-ci səhifədə yerləşdirdiyimizə görə 2-ci dəfə burada göstərmirik.
   Həmçinin, millət vəkili, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin adı üçün üzrə mətn axtarışında 24000 nəticədən 2-cisi bizim saytdandır. Şəkil sorğusunda isə 631 nəticədən 1-ci, 2-ci və 3-cüsü bizim saytlardandır. 1-ci yerdə isə deputatın möhtərəm prezidenlə olan bu şəkli  təqdim olunur. Bax:

 
   Almaniya səfiri Per Kristoferin adı üzrə 30300 nəticədən 1-cisi yenə bizim saytdandır və mərhum S. Məmmədov tərəfindən çəkilmişdir. Şəklə bax: 
  
 
Ən sonda maraqlı bir təsadüfü də qeyd edim. 3-il əvvəl, mərhum Ramiz Mirzəyev bizə bir fotoaparat hədiyyə etdi, bundan bir il sonra o haqq dünyasına qovuşdu, Allahın işinə bax, bu gün GOOGLE-də onun adı ilə adi axtarış üzrə 72 900 nəticədən və şəkil axtarışı üzrə 7130 nəticədən 1-ci cisi bizim saytdandır. Şəklə bax:
 
  
   Düzdür, bu şəkil onun bağışladığı fotoaparat vasitəsi ilə çəkilməyib, amma qeyd edək ki mərhum,  adi fotoaparatla çəkilmiş məhz, həmin şəkillərlə tanış olandan sonra qəzetimizdə dərc olunan fotoşəkillərin keyfiyyətinin yaxşılaşması üçün, bizə indi də istifadə etdiyimiz fotoaparatı bağışlamışdı. Allah ona rəhmət eləsin.


 

"İnternet və biz",
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments