AXIR Kİ AŞAĞI KARVANSARAIN BƏRPASINA BAŞLANILDI, AMMA O HEÇ DƏ GÜMAN EDİLDİYİ QƏDƏR QƏDİM DEYİLMİŞ, CƏMİ 100-110 İL ƏVVƏL TİKİLİBMİŞ >>

2 May 2010 13:40 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
Ötən əsrin ortalarına qədər Şəkinin əsas bazarı olmuş Aşağı Karvansara, 20 il idi ki xaraba vəziyyətdə idi. Karvansaranın nə vaxt tikilməsi isə Bəhruz adlı qardaşımızın qədimi fotolar kolleksiyasındakı bir fotoya əsasən məlum olur; bu bina Yuxarı Karvansaradan və Nuxa türməsindən (1895) sonra, yəni ötən əsrin əvvəllərində tikilmişdir.

 

 

 

 
    Sovet dövründə, Karvansara binasından müxtəlif təyinatlar üçün istifadə edilirdi. Burada eyni vaxtda həm
Peşə məktəbi, həm “Avtoshkola” həm “Arxiv” və s. idarələr yerləşirdi. 20 il xaraba vəziyyətdə qalandan sonra isə nəhayət ki,
8 min kvadratmetr ərazini əhatə edən və 200-dən çox otağı olan bu tarixi binanın bərpası üçün dövlət tərəfindən 5 milyon manat pul ayrıldı. Bərpa işlərini xüsusi layihə əsasında “Denkmairfleqe Mesklenburq-Azərbaycan” şirkəti həyata keçirir. Əsaslı təmir və bərpa işlərinin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur.

Comments