2009-CU İL ŞƏKİ VEB MƏKTƏBİNİN UĞURLARI İLƏ YADDA QALDI

15 Oca 2010 12:55 tarihinde Aydin Salis tarafından yayınlandı
   Şəki veb sayt quruculuğun inkişaf səviyyəsinə görə respublikanın digər rayonlarını bir neçə dəfə qabaqlamaqdadır. Şəkidə 40-a yaxın internet saytı fəaliyyət göstərir ki, bunlardan da 30-dan çoxu DMOZ İnternet Kataloğunda qeydə alınmışdır.
Ötən il aprelin 27-də start götürən və Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran NETTY mükafatı üzrə müsabiqəyə isə Şəkinin 9 internet saytı qatılmışdı.  Ymumiyyətlə, müsabiqənin ilkin mərhələ-sində 308 sayt iştirak etmiş və 236 nəfərlik böyük bir ictimai münsiflər heyəti həmin saytları ilkin mərhələdə qiymətləndirmişdir.
   Aprelin 29-da Şəki saytlarından "MicroEn Group Production"un hazırladığı “Şəki İcra Hakimiyyəti” 14, Toğrul Qasımovun “Sheki.net”-i 13, “Şəkinin səsi“ və“İpəkçi”qəzetləri nəzdində yaradılmış “Fətəli Xan Xoyski barədə veb sayt” isə 15 səs toplayaraq, hər biri öz kateqoriyası üzrə qrupda 4-cü yeri tutmaqla, müsa-biqənin nominantı olmağın bir addımlığına qədər irəliləmişdilər. Onların 1 pillə də qalxıb-qalxmayacağı isə münsiflər heyətinin hələ səs verməmiş 110 üzvününrəyindən sonra bilinəcəkdi.
   Müsabiqənin ilkin mərhələsi mayın 7-də başa çatdiqda isə bu 3 Şəki veb saytından 2-sinin finala çıxması və redaksiya heyətlərinin NETTY-2009-un mükafatlandırma mərasiminə dəvət əldə etmələri məlum oldu; “Şəki İcraHakimiyyəti” 20 səslə öz qrupunda 3-cü,“Fətəli Xan Xoyski barədə veb sayt” isə 24 səs toplayaraq öz qrupunda 2-ci yeri tutdu. Saytı, ötən il və daha əvvəlki illərdə bu müsabiqələrin bir neçə dəfə nominantı olmuş Toğrul Qasımovun isə bu dəfə bəxti gətirmədi, onun “Sheki.net” inin nominant olması üçün cəmi, 2 səs çatmadı və bu sayt 16 səslə öz qrupunda 4-cü yerdə qaldı.
   Mayın 17-də Rəşid Behbudov adına Mahnı Te-atrının zalında təntənəli şəkildə təşkil olunmuş “NETTY-2009”un mükafatlandırma mərasimdə nominantlara rəsmi şəkildə “Nominantın sertifikatı” təqdin edildi və qaliblər mikafatlandırıldı.

 

 
"İnternet və biz",
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments