SABUNÇU RAYON MƏHKƏMƏSİNİN HAKİMİ SAMİR ƏLİYEV BARƏDƏ XÜSUSİ İTTİHAM QAYDASI ÜZRƏ VƏTƏNƏ XƏYANƏT, TERRORÇULARI MÜDAFİƏ ETMƏK VƏ SAXTAKARLIQ MADDƏLƏRİ İLƏ İTTİHAM İRƏLİ SÜRÜLƏ BİLƏR!

15 Oca 2010 13:05 tarihinde Aydin Salis tarafından yayınlandı
  
Bakıdan, Əhmədov Məmmədin yazdığına görə o, ötən il vəhhabi təriqətində olan terroçunun hücümuna məruz qalıbmış. Terroçu onu öldürmək istəyibmiş, lakın Əhmədov Məmməd  ağır yaralanmasına və bütün qanını itirməsinə baxmayaraq  möcüzə nəticəsində  sağ qalmışdır.
   Buna baxmayaraq, Sabunçu Rayon Prokurorluğu terroçu - Heseynov Tural İntiqam oğlu, barədə CM-nin 221.3 və 228.4 maddələri ilə, yəni xuliqanlıq (?!) maddələri ilə iş açmış, Sabunçu Məhkəməsi isə 10.12.2009-cu il tarixdə, hadisəni törədərkən guya “anlaqlı” olmamsına görə  terrorçunu məsuliyyətdən azad eərək 1 aylıq məcburi müalicəyə göndərmişdir. Halbuki, cinayətkar nümyişkaranə surətə, cinayəti bilə-bilə etdiyini və əməlindən də peşiman olmadığını məhkənədə dəfələrlə söyləyib.
    Zərərçəkmiş bizə bildirir ki, qeyri-qanuni olaraq ona  istintaq materialları və ittiham aktı ilə tanış olmağa imkan verilməyibdir. 10 dekabr 2009-cu ildə oxunmuş hökmün surətini isə 1 aydan sonra (hakimin ağlınca, guya, apelyasiya şikayəti edə bilməsin deyə!) almışdır.
    Zərərçəkmiş bizə bildirir ki, cəmi 3 dəfə, hər dəfə də 5-10 dəqiqə davam etmiş qondarma “məhkəmə” onun heç bir vəsatətini təmin etməmişdir. Məsələn, Əhmədov Məmməd “məhkəmə”də zərərçəkmiş kimi özünün xüsusi ittihamçı qismində məhkəmədə iştirakının təmin olunması barədə vəsatət qaldırmış, lakin hakim, müttəhimin vəkili ilə məsləhətləşdikdən sonra (?!) vəsatəti rədd etmişdir. O zaman zərərçəkmiş tələb etmişdir ki, vəsatətin rədd edilməsi məhkəmənin qərarında göstərilməlidir, hakim buna söz versə də, 1 ay sonra məhkəmə qərarını alan Əhmədov Məmməd, qərarda o barədə heç nə tapa bilməmişdir!
    Əhmədov Məmməd indi xüsusi ittiham qaydası üzrə hakim Samir Əliyevi, Vətənə xəyanətdə,  terrorçuları müdafiə etməkdə, saxtakarlıqda ittiham etməklə məhkəmə iddiası qaldıracağını bildirir. Və həmçinin,  cəmiyyət üçün xüsusi təhlükəli olan və adam öldürən şəxsə 1 aylıq məcburi müalicə cəzası kəsmiş hakım Samir Əliyevin,  adam öldürən şəxsi “xuliqanlıq” maddəsi ilə ittiham etmiş dövlət ittihamçısı Eldar Balakişiyevin bu qərarları verdikləri zaman “anlaqlı” olubolmamasının müəyyənləşdirilməsi üçün məhkəməpsixiatik ekspertizasından keçmələrini də tələb edəcək!
Qeyd: Zərərçəkmişin xahişinə görə burada onun adı şərti göstərilmişdir.
 
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments