Şəkidə 20 yanvar şəhidlərinin xatirəsi anıldı

20 Oca 2010 10:49 tarihinde Aydin Salis tarafından yayınlandı
  Bu gün - yanvarın 20-də, respublikamızın hər yerində olduğu kimi Şəkidə də 20 yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir. Tədbir saat 11.00 radələrində başladı. Şəki İH aparatının və digər idarə kollektivlərinin əməkdaşları Qarabağ şəhidlərinin məzarlarını - Şəki "Şəhidlər xiyabanı"nı ziyarət etdilər. Daha sonra tədbir Şəki Şəhər İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
  İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəfael Nağıyev, Şəki hərbi komisssarı Əbdülxaliq Xəlilov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov,  şəhid anası Şöhrət Əsgərova çıxış etdi, 20 yanvar şəhidləri xatirəsi Azərbaycan Respublikasının Dövlət himninin müşaiyyəti və 1 dəqiqəlik sükutla yad edildi. 
      
 
Fotolardda:
 
1.   Şəhid anası Şöhrət Əsgərova 20 yanvar faciəsinin 20-ci ildönümü münasibəti ilə Şəki İH aparatının iclas zalında çıxış edərkən;
2.   20 yanvar faciəsinin 20-ci ildönümü münasibəti ilə Şəki İH aparatının iclas zalında keşirilən iclasın rəyasət heyəti.
 
 
 
 
 
 
 
 Əlavə: Metronun 20 yanvar stansiyasında 20 yanvar şəhidlərinin xatirəsinənə düzəldilmiş çiçək kompozisiyası (Buradakı bütün fotolar A. Məmmədov tərəfindən çəkilmişdir):
Comments