"İpəkçi" qəzetinin yeni veb saytı - www.ipekci.info, fəaliyyətə başladı!

26 Oca 2010 20:54 tarihinde Aydin Salis tarafından yayınlandı
      Bu il yanvar ayının 14-də "İpəkçi" qəzetinin nəşri bərpa edildikdən sonra,  yanvarın 27-dən etibarən, internetdə bu qəzetinin  www.ipekci.info domenli yeni saytı da  fəaliyyətə başlayır. Məlumat üçün əlavə edək ki, "İpəkçi" qəzetinin nəşri,  düz 44 il onun redaktoru  olmuş Əməkdar Jurnalist Salis Məmmədovun ötən il yanvar ayının 29-da vəfat etməsindən sonra dayanmışdı. Mərhum S. Məmmədov 1990-cı ildə bu qəzetin ənənəvi təsisçilərindən və Azərbaycan SSR-də ilk dəfə olaraq, Sovet mətbuatının ənənəvi "Bütün ölkələrin proletarları birləşin!" şüarından imtina edərək, "İpəkçi"ni "Azərbaycan İpəkçilərinin Açıq Tribunası" elan etmiş və bununla da hələ Sovet dövründə rəsmi şəkildə müstəqil Azərbaycan mətbuatın əsasını qoymuşdur!
  
Aydın Məmmədov,
"İpəkçi" qəzetinin redaktoru.
    
Comments