28 Noyabr 2010-cu il - həftənin idman yenilikləri

27 Kas 2010 15:23 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Şəki basketbolçuları bu dəfə uduzdular

  

Noyabrın 27-də Heydər Əliyev adına idman kompleksinin basketbol zalında basketbol üzrə kişilər arasında 18-ci respublika çempionatının 2-ci turunda Şəki basketbolçuları Naxçıvanın "Araz" klubu ilə qarşılaşdı.  Şəkililər 1-ci hissədə özlərindən xeyli güclü olan və sıralarında Milli komandanın 4 oyunçusunun yer aldığı "Araz"a güclü müqavimət göstərsələr də sonrakı hissələrdə bu əzmkarlığı davam etdirə bilmədilər və 82-101 hesabı ilə uduzdular.

 

Aydın Məmmədov 


  Stolüstü tennis üzrə kişilər və həm də qadınlar arasında Şəkidə keçirilmiş Azərbaycan kuboku uğrunda turnir

22-26 noyabr 2010-cu il tarixlərdə Şəki şəhərindəki  İdman Sağlamlıq Mərkəzində təşkil olunmuş Stolüstü tennis üzrə kişilər və həm də qadınlar arasında Azərbaycan kuboku uğrunda turnirin nəticələri:

Qızlar:

1 yer - Sumqayıt 1;
2-ci yer - Sumqayıt 2;
3-cü yer -Qaradağ rayonu;

 

Oğlanlar:

1-ci yer: Bakı-I;
2-ci yer: Sunqaylt
3-ci yer:Bakı-2
 
    Şəki komandası isə qadınlann qoşa yarışında fərqlənərək III yeri tutmuş və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunmuşdur.
 
A. Hacıyeva

Stolüstü tennis idman növü üzrə ali, orta ixtisas və peşə məktəblərinin qız və oğlan komandaları arasında şəhər birinciliyi

 
     Şəki şəhər Gənclər və İdman idarəsi, təqvim planına əsasən ali, orta ixtisas və peşə məktəblərinin qız və oğlan komandaları arasında stolüstü tennis idman növü üzrə şəhər birinciliyi keçirmişdir.
     Yarışı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi V.İskəndərov açmış, oyunun qaydaları haqqında idmançılara geniş məlumat vermişdir. V.İskəndərov bütün komandalara uğurlar arzulamışdır. V.İskəndərov yarışın keçirilmə məqsədindən, stolüstü tennis idman növünün kütləviliyinin artırılmasından, perspektivli idmançıları aşkar edərək, şəhərin yığma komandasının tərkibinə cəlb etməkdən ibarət olduğunu qeyd etdi.
Oğlan və qız komandaları arasında keçirilən yarış isə 25 noyabr 2010-cu il tarixdə başlamışdır. Yarışlar İdman Sağlamlıq Mərkəzində keçirilmiş, yarışın baş hakimi M.Vahabov təyin edilmişdir.
Oğlan komandaları arasında keçirilən yarışda I yeri AMİ-nin Şəki filialı, II yeri Texniki Kollec, III yeri isə Pedaqoji Kollec komandaları tutmuşdur.
     Qız komandaları arasında keçirilən yarışda I yeri Musiqi Kolleci, II yeri Tibb Kolleci, komandaları tutmuşdur.
     Qalib komandalara idarənin diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşdur.
 
A.Səfərova,
Şəki şəhər Gənclər və İdman İdarəsinin rəis müavini
.
Comments