Xronologiya 07.03.08;13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı. Aydın Məmmədov: Bildiyiniz kimi, "Şəkinin səsi" qəzetinin 22 fevral buraxılışında müstəqil siyasi tədqiqatçı Elşən Mehdiyevin "Azərbaycan ictimaiyyətinə Müraciət"i dərc olunmuşdur, Azərbaycan Prezidentinin seçilmə məhdudiyyəti barədə. Sizin münasibətiniz? R.S. Bu müsahibə “Şəkinin səsi” və “İpəkçi” qəzetlərində və bu qəzetlərin veb saytında dərc olunmuşdur. **** 26 oktyabr 2008-ci il - son prezident seçkilərindən 2 həftə sonra. Prezident İlham Əliyev 5 il sonra 3-cü dəfə prezident seçilə bilərmi? Azərbaycanda bu prezident seçkiləri gözlənildiyi kimi, necə ki 5 il əvvəldən məlum idi, eləcə İlham Əliyevin qeyd-şərtsiz qələbəsi ilə başa çatdı, amma növbəti dəfə kimin prezident seçiləcəyi barədə heç kim qəti proqnoz verə bilmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə 1 şəxs dalbadal 2 dəfədən artıq, prezident seçilməməlidir və bu səbəbdən də İ. Əliyevin 3-cü dəfə prezident seçilmək hüququ yoxdur. Amma prezidentin tərəfdarları, məsələn, Hadi Rəcəbli belə hesab edir ki, ***
|
Prezidentlik üçün limitin ləğv olunması ilə bağlı Hadi Rəcəblinin təşəbbüsünü Siyavuş Novruz və digər deputatlar da dəstəklədilər... Hadı Rəcəblı: "...referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, 1 şəxs dəfələrlə Azərbaycan Respublikasının prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?! "Əv-vəlcə, millət vəkili Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bu günlərdə isə digər millət vəkilləri Siyavuş Novruz, Aydın Mir-zəzadə, Mixail Zebelin də KİV-nə verdikləri müsahibələrdə Hadı Rəcəblının təşəbbüsünü olduğu kimi dəstəklədiklərini nümayiş etdiriblər. R.S. Bu məqalə də “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin bloq-saytında, həmçinin, avtomatik olaraq, o vaxtın aparıcı xəbər saylarından biri olan “metbuat.info”da dərc olunmuşdur.
"İpəkçi" qəzeti, 16 mart, 2010-cu il. |