ŞƏKİDƏ KEÇİRİLMİŞ STOLÜSTÜ TENNİS ÜZRƏ AZƏRBAYCAN KUBOKU UĞRUNDA YARIŞLARDA ŞƏKİ KOMANDASI 2-CI YER TUTDU

10 Mar 2010 11:30 tarihinde Aydin Salis tarafından yayınlandı
 
 
Şəki İdman Sağlamlıq Mərkəzində oğlan və qızlar arasında stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara start verilmişdir. Martın 8-dən 13-dək davam edəcək bu yarışlar iki yaş qrupu üzrə keçirilir. 1992-1994-cü il təvəllüdlü idmançıların mübarizəsində 8 oğlan və 4 qız komandası, 1995-ci il təvəllüdlü və ondan daha kiçik yaşlı idmançıların yarışında isə 16 oğlan və 10 qız komandası mübarizə aparır. İdmançılar həm komanda, həm də şəxsi birincilikdə öz qüvvələrini sınayacaqlar. İştirakçılar arasında dəfələrlə respublika çempionu olmuş Rüstəm Əliyev, Səbinə Əhmədova, habelə dünya və Avropa çempionatlarının iştirakçıları vardır. Yarışların baş hakimi stolüstü tennis üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Zudovdur.
    Martın 9-da İdman Sağlamlıq Mərkəzində yarışların təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Gənclər və İdman Nazirliyinin məsul nümayəndəsi Orxan Kərimov, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov, Uşaq-gənclər idman məktəbinin direktoru Aqşin İbrahimov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.
Sonra təkbətək qarşılaşmalara start verilmişdir. Kubokun nəticələrinə əsasən, mayın 22-dən 31-dək Moskvada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək yığma komandanın tərkibi müəyyənləşdiriləcəkdir.
    Martın 12-də isə nəticələr məlum oldu; Bakı komandası 1-ci, Şəki 2-ci, Sumqayıt tennisçiləri isə 3-cu yer.
Vüqar İsgəndərov
 
Comments