NAĞILLAR ALƏMİNƏ SƏYAHƏT, YAXUD ERMƏNİLƏRİN İŞĞAL ETDİKLƏRİ 5 RAYONU VƏ HƏLƏ ÜSTƏLİK, LAÇININ 13 KƏNDİNİ AZƏRBAYCANA "ELƏ-BƏLƏ" QAYTARACAQLARI BARƏDƏ YENİ NAĞIL >>

20 Mar 2010 22:16 tarihinde Aydin Salis tarafından yayınlandı
        Bu nağıla bizdə hamı inanır, bizim "politoloq"lar, "siyasətçi"lər, müxalifət, dövlət və hökumət xadimlərimiz, "akademik"lərimiz. Amma kimsə dönüb geriyə baxmır ki, belə bir hadisənin analoqu var ya yox?! Yəni harada görünüb ki kimsə, hansısa dövlət, işğal etdiyi qonşusunun ərazisini "elə-bələ" qaytarsın! Siyasətdə "elə-belə" heç nə olmur! Ermənilər bizim 5 rayonu qaytarmasalar nə olacaq? Bu sualın yalnız 1 cavabı var: "heç nə!". Bəs onda ermənilər 5 rayonu nəyə görə Azərbaycana qaytarırlar?
      Ermənilər heç bir torpaq zad qaytarmaq fikrində deyillər. Hətta Azərbaycan tərəfi keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti ərazisini müstəqil bir dövlət kimi tanısa belə, ermənilər keçmiş  Dağlıq Qarabağ Muxtar vilayətini sərhədlərindən kənarda işğal etdikləri  Azərbaycan Respublikası ərazilərini qaytarmayacaqlar.
     Ermənilərin keçmiş  Dağlıq Qarabağ Muxtar vilayətini sərhədlərindən kənarda işğal etdikləri  Azərbaycan Respublikası ərazilərini qaytarmaq istəyiriksə 2 yolumuz var:
 
1. Ermənilərə pul vermək;
2. Müharibə etmək.
     
Comments