Şəkidə orta məktəb direktoru yol qəzası törədib, ölən var >>

23 Mar 2010 12:22 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Hadisə İsmayıllı-Şəki magistral yolunun 131-ci kilometrliyində qeydə alınıb. Şəki rayon sakini, 1960-cı il təvəllüdlü Mətanət Abdulkərim qızı Məhərrəmova idarə etdiyi “Hunday” markalı, 55 BC 393 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1942-ci il təvəllüdlü Səyalı Qafarzadə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
    Yol qəzasını törtədən sürücünün Şəki şəhər 7 saylı orta məktəbin direktoru olduğu bildirilib.
     Faktla bağlı Şəki ŞPŞ tərəfindən cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.
 
   Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər Polis Şöbəsindən (ŞPŞ) məlumat verilib.
Şəki. Vüqar Heydərov
Comments