Erməni-qıpçaqlar kimlər idilər? Onlar Cənubi Qafqazdan gəlmişdilər, qriqoryan məzhəbli xristianlar idilər, erməni əlifbası ilə yazırdılar, amma qıpçaq-türk dilində! >>

24 Mar 2010 15:41 tarihinde Aydin Salis tarafından yayınlandı
   
"Xıpçak tili bizim til" deyirdi onlar. Akadamik  A. Y. Krımskiy yazır: "Türkdilli erməni koloniyası  Qalitski-Podolskoy Ukraynaya yəqin ki ilk dəfə 14-cü əsr ərəfəsində, Qızıl Orda zamanında gəlmişdir... Bizim vaxtımızda (1930) bu erməni kaloniyaları artıq türkdilli olduqlarını unudublar: indi onlar yerli əhalinin dillərində danışırlar, - ukraynca, rusca, polyakca. Amma onlar qabaqlar məhz necə danışırdılarmış, bu 16-18-ci əsrlərə aid və sayı heç də az olmayan sənədlərdən bizə tam məlum olur, hansı ki türk dilində yazılıb, amma erməni əlifbası ilə".
    Hörmətli oxucu! Sizə elə gəlmir ki söhbət ermənilərdən yox, əslində Azərbaycandan köçmüş albanlardan gedir?! Əlavə məlumat üçün sizə rus dilində bir elektron kitab, Aleksandr Qarkavetsin kitabını da təqdim edə bilərik:  "ЗАГАДОЧНЫЕ УКРАИНСКИЕ АРМЯНЕ, КОТОРЫЕ ГОВОРИЛИ, ПИСАЛИ И МОЛИЛИСЬ ПО КЫПЧАКСКИ И 400 ЛЕТ НАЗАД НАПЕЧАТАЛИ ПЕРВУЮ В МИРЕ КЫПЧАКСКУЮ КНИГУ"
    "Dədə Qorqud" dastanlarınında cərəyan edən bəzi hadisələri başa düşmək üçün  bizə yeni məlum olan bu mənbələr xüsusi əhəmiyyət kəsb edir. Əgər 5-6 il öncə, kimsə desə idi  "Qıpçaq Məlik" erməni idi və "Kitabi Dədə Qorqud"da erməni-müsəlman davasından bəhs olunur, bü sözləri deyənə doyunca gülərdik. Amma indi məlum olur ki, doğrudan da Qıpçaq məlik erməni ola bilərdi, amma türk dillində  danışan erməni...
 
      Həmçinin, bu səhifəyə də baxa bilərsiniz: http://www.qypchaq.unesco.kz/Turkic_Languages_Rus.htm
Burada da maraqlı məlumatlar var. Məsələn, erməni əlifbası ilə, amma azərbaycan dilində yazılmış "Aşıq Qərib" dastanından bir sitat var:

 

Ашыкъ Гъарипынъ масалы ве туркысы бейан1

   Заман йылынъ быр заманында Тавриз шеэрындэ быр эхтийар адам вар эмыш. О эхтийар адамнынъ быр къарысы, быр къызы ве быр огъылы вар эмыш. Къарысынынъ ады Ханзохра, къызынынъ ады Гулюхан, огъылынынъ ады Ашыкъ Гъарип. Бу эхтийар адам анистан быр кефсызльыкке огърайыр, арасы чокъкъа вармайыр бу эхтийар адам олийыр. Къалайыр къарысы, къызы ве огъылы. Бу огълан Ашыкъ Гъарип дэдыклеры генды бахар эмыш, гъает бехсун эмыш. Бу Ашыкъ Гъарипнынъ душынэ быр гечъе гелийыр быр ах сакъаллы адам. Гелийыр д'ийыр ки: «Огъылым, киме нышанлачъахсынъ, кымынъ къысметысынъ?» Ашыкъ Гъарип дэ д'ийыр: «Быльмийырым».

Bu hekayət azərbaycan dilində deyilmi? Onu müasir Azərbaycan dilinə belə transliterasiya etmək olmurmu?

Aşıq Qəribin məsəli və türkisı bəyan

  Zaman ilinin bir zamanında Təbriz şəhərində bir ixtiyar adam var imış. O ixtiyar adamın bir qızı var imış. Qarısının adı da Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı Aşıq Qərib. Bu ixtiyar adam anistan bir kefsizliyə uğrayır, arası çoxca varmayır, bu ixtiyar adam olür. Qalır qarısı, qızı və oğlu. Bu oğlan Aşıq Qərib dedikləri gənci-bahar imış, qayət-bəhsun imiş. Bu aşıq Qəribin tuşuna  bir geçə gəlir bir ağsaqqallı adam. Gəlir deyir ki, "Oğlum, kimə nışanlanacaqsan, kimin qismətisən?" Aşıq Qərib deyir: Bılmirəm",

Baxmayaraq ki, hekayədə Təbriz şəhərinin adı çəkilir, amma bu mətn azərbaycanca yox, krımçaqca hesab olunub?! Çünki, bizim alimlər hələ yatırlar!

Aydın Məmmədov

Ċ
Aydin Salis,
24 Mar 2010 16:43
Comments