"Gülüstan" sarayında qaliblərin mükafatlandırılma mərasimində Şəki Şəhər 10 saylı orta məktəbin şagirdi Lalə Müşfiq qızı Mikayılzadə də iştirak etmişdir >>

13 May 2010 12:28 tarihinde Aydin Salis tarafından yayınlandı
  Məlum olduğu kimi, son illər, ulu öndər Heydər Əliyevin anadan olmasının hər ildönüm günü ərəfəsində respublika məktəbliləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda inşa müsabiqəsi keçirilir. Müsabiqənin rayon turlarından sonra  qalib gələn məktəblilər respublika turuna vəsiqə qazanırlar. 
    Artıq 4-cü ildir ki Şəki məktəblərindən şəhər 10 saylı məktəbin şagirdi bu müsabiqənin 1-ci turunda qalib gələrək, respublika turunda çıxış etmək imkanı qazanır.
   Müsabiqə iştirakçıları olan orta məktəblərin 7-11-ci və ilk peşə ixtisas təhsil müəssisələrinin şagirdləri bu dəfə "Ulu öndər Heydər Əliyevi düşünərək" mövzusunda inşa yazmışdılar. Bu ilki müsabiqədə iştirak edən 650 min şagirddən, yalnız 96-sı müsabiqənin son mərhələsinə adlaya bilmişdir ki, onlardan da biri  Şəki şəhər 10 saylı məktəbin  X k  sinif şagirdi Lalə Müşfiq qızı Mikayılzadə idi. 
    Mayın 6-da "Gülüstan" sarayında qaliblərin mükafatlandırılma mərasimi keçirilmişdir.  Qaliblərdən 5-i birinci, 5-i ikinci, 11 nəfəri isə üçüncü yeri tutmuşdur. Bu mərasimdə  iştirak edən  Lalə Mikayılzadənin  “Heydər Əliyevi düşünərək” mövzusunda yazdığı inşa isə 4-cü yerə layiq görülmüş və “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabçaya daxil edilmişdir.
   Yeri gəlmişkən, əlavə edək ki Lalə indiyə qədər bir neçə dəfə digər inşa müsabiqələrində də müvəffəqiyyətlə çıxış etmişdir. Məsələn, aprel ayında  "Azərpoçt" MMC və Təhsil Nazirliyinin  Ümumdunya Poçt İttifaqının xətti ilə 2009-2010-cu illər üçün ölkəmizin məktəbliləri arasında təşkil etdiyi 39-cu beynəlxalq epistolyar inşa müsabiqəsində  “Azərbaycan gəncliyində hərbi vətənpərvərlik” mövzusu üzrə Lalənin yazdığı inşa ikinci yerə layiq görülmüşdür. Buna görə, müsabiqənin şərtlərinə uyğun olaraq, Laləyə 60 manat məbləğnidə pul mükafatı verilmiş və o,  fəxri fərmanla təltif olunmuşdur.
    Onu da əlavə edək ki, Lalə  "Şəki fəhləsi" qəzetinin sabiq redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti mərhum Ənvər Mikayılzadənin nəvəsidir.  Mərhum Ənvər müəllimin oğlanları, o cümlədən Lalənin atası yazı-pozu işinə heç vax maraq göstərməsələr də, hesab etmək olar ki, Ənvər müəllimin jurnalistlik istedadı irsi olaraq, nəvəsi Lalədə özünü biruzə verməyə başlamıdır.
 
 Kanal - S və "İpəkçi"
Comments