“ŞƏKİNİN SƏSİ” VƏ “İPƏKÇİ” QƏZETLƏRİNİN AZƏRBAYCAN TELEVİZİYALARI BARƏDƏ FİKRİ PREZİDENT ADMİNİSTRASİYASININ RƏHBƏRİ AKADEMİK R.MEHDİYEV TƏRƏFİNDƏN DƏSTƏKLƏNMİŞ OLDU!

14 Oca 2010 12:48 tarihinde Aydin Salis tarafından yayınlandı
   29.03.2008-ci il tarixli “Şəkinin səsi” və “İpəkçi” qəzetlərində, “Üzbəüz” rublikası altında Milli Məclisin Sosial-Siyasət Daimi Komissiyasının sədri, Millət vəkili Hadi Rəcəbli ilə müsahibəmiz dərc olunmuşdu; burada biz Azərbaycan televiziyalarının vəziyyətı ilə bağlı olaraq göstərdik ki,
“Hadi müəllim, inanırsınız ki, ziyalılar Azərbaycan radioteleviziyalarından üz döndərüb "Azadlıq", "BBC" radiosuna qulaq asırlar. Mən şəxsən, yalnız xəbər buraxılışlarına baxıram, sonra televizoru söndürürəm. Belə ki, bizim radio-televiziyadakı verılışlər, daha çox mətbəx qadınlarını, yetkinlik yaşına çatmamış uşaqları qane edə bilər. O gün baxıram, bir aparıcı, düz iki saat, yolda adamları tutub soruşur ki "Siz televizoru yandlrlb baxırsınız?". Bu verilişə ziyalılar heç baxarlarmı? O bir saatlıq efir mənim ixtiyarımda olsa idi, mən nələr edərdim, xalqım üçün, bunlar isə mənasız hərəkətlərlə camaatın vaxtını alırlar.  Əvəzində isə xarici radiostansiyalar öz aiditoriyalarını genişləndirirlər. Onlar öz ölkələrini tənqid də edirlər. Məsələn, "BBC" Böyük Britaniyanın baş nazirini tənqid edir, amma unutmaq olmaz ki bu radionun azərbaycanda 10 minlərlə ziyalıdan ibarət aiditoriyası var, Böyük Britaniyaya lazım olduqda, bu aiditoriyadan, öz mənafeyinə uyğun istifadə edə bilər. Bu bir "silah"dır. Əli Həsənov isə iqtidari belə bir "silah"dan məhrum edir.
    Bir il əvvəl, Almanıyda "Jahrbuch Aserbaidschanforschung" ("Azərbaycan tədqiqatları") adlı, Azərbaycana aid elmi məqalələr məcmuəsi nəşrə başlamışdı, birinci buraxılışın Dillər Universitetinin kitabxanasında təqdimat mərasımi oldu. Mən istədim ki bu barədə televiziyalara məlumat verim, xəbər verilişlərində oxusunlar, İctimai Televiziyadan qeyri, heç birinin qapısından içəri keçə bilmədim, İT-da mənə qulaq assalar da, son nəhayətdə, yenə də efirə heç nə vermədilər. Amma cəmi bir dəfə "Azadlıq" radiosuna zəng etdim, o dəqiqə ofislərinə dəvət etdilər və mənə efir vaxtı ayırdılar.
    Bir də görürsən, televiziyada Ermənilərin qələbələri tərənnüm edilir. Məsələn, bir film var, adını bilmirəm,  məzmunu qısaca belədir ki Azərbaycanlı əsgər əsir düşür, ermənilər onu saxlayıb, dəyişirlər. O filmdə ermənilərin qələbələri tərənnüm edilir. Xocalı alındı, Laçın alındı deyə, ermənilər çalıboynayırlar, bizə acıq verırlır, emosiyalarımızla oynayırlar, bizə dağ çəkirlər, özü də öz aktyorlarımızın timsalında, öz televiziyamızda .”.
   Bu müsahibədən sonra, xarici radioların FN tezliyində yayımı dayandırıldı. Ötən ilin axırlarında isə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mətbuatda "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı məqalə ilə çıxış edərək, Azərbaycan telekanallarını kəskin tənqid etdi və bizim fikrimizi dəstəkləmiş oldu. Həmin məqalənin tənqidi hissəsini olduğu kimi diqqətinizə çatdırırıq:

   "Bununla yanaşı, etiraf etməliyik ki, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir.
Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
   Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq, fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, millimənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.
    "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri sırasında digər vacib məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsipləri öz əksini tapmışdır. Qanunun 5-ci fəsli (Teleradio yayımının təşkili) ölkə ərazisində teleradio yayımının həyata keçirilməsi şərtlərini, proqrama verilən tələbləri, uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, reklam və digər məsələləri tənzimləyir. 32-ci maddədə proqram üçün qoyulmuş tələblər sırasında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması, habelə millimənəvi dəyərlərin qorunması, sosial yayımların təşkil edilməsi vacib şərtlər kimi göstərilmişdir.".
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266)
Comments