Şəki şəhərində də torpaq sürüşməsi oldu >>

3 May 2010 14:13 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  Aprelin 3-də Şəki şəhərinin dağətəyi hissəsində, Şəhidlər Məzarlığı yaxınlığında, torpaq sürüşməsi hadisəsi baş vermişdir. Sürüşmə 30-40 metrlik ərazini əhatə edib. Hadisə yerinə baş çəkmiş Şəki Şəhər Fövqəladə Hallar Komissiyasının üzvlərinin  fikrincə, sürüşmə baş vermiş əraziyə mütəxəssislərin rəyi nəzərə alınmadan son illər xeyli miqdarda  torpaq gətirib töküblərmiş, sürüşmənin əsas səbəbi də bu olub. 
    Həmçinin bildirilir ki,  yağıntılar dayandıqdan dərhal sonra həmin ərazidə dayaq bəndlərinin tikintisinə  başlanılacaqdır.
Comments