Mərhum sabiq prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı mayın 6-dan 10-a qədər davam edəcəkdir >>

3 May 2010 14:37 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
6 may tarixlərində Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində mərhum Prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalına start veriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki,  Festival çövkən, sürpapaq və papaq oyunları üzrə yarışlardan ibarət olacaqdır. Festifala Şəki və Yevlax şəhərləri, Beyləqan, Ağcəbədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarının komandaları dəvət edilmişdir. 
Comments