Vətəndaş eqoistlik edir, bəs Bələdiyyə və digər yerli orqanlar hara baxır?! >>

19 Nis 2010 11:50 tarihinde Aydin Salis tarafından yayınlandı
   Turizm mərkəzi olan şəhərin mərkəzində xaraba!    
   Bura təşrif buyuran qonaq və turistlər elə bilirlər zəlzələ olub!
   Bəli, Şəki şəhərinin mərkəzi prospekində - M.Rəsulzadə prospekti ünvanında, yerləşən bu ev 20 ildirki bu vəziyyətdədir, gündən-günə uçulub dağılır. Ev 2 qardaş arasında bölünmüşdür, bir qardaş evin özünə aid hissəsində yaşayır, digər qardaş isə Bakıdadır. Elə evin dağılan hüssəsi də Bakıda yaşayan qardaşa məxsusdur. Deyilənlərə görə,  evin ona məxsus hissəsinin qəza vəziyyətinə düşməsi, ciddi təmirə ehtiyacı olması barədə ona dəfələrlə məlumat verilmişdir, lakin hər dəfə cavabı bu olmuşdur ki, "ev mənimdir, qoy dağılsın!" . Özü də deyilənlərə görə Bakıda yaşayan qardaşın maddi cəhətdən imkanı yaxşıdır və evi təmir etdirmək onun üçün heç də çətin bir iş deyil, sadəcə, eqoistlik edir.
    Bəs Şəki Bələdiyyəsi və digər yerli orqanlar hara baxırlar? Axı vətəndaşın eqoistliyi Şəki şəhərinin gözəlliyinə xələl gətirir!
Comments