"Şəki-İpək" ASC sutkada 5 ton pambıq sap istehsal etməyə başlayıb! Foto reportaj: >>

17 Nis 2010 15:12 tarihinde Aydin Salis tarafından yayınlandı

Şəki "İpək" ASC-nin Pambıq Əyirici İstehsalatı -2010; foto reportaj:

  "Şəki-İpək" ASC Respublikadakı 2 ən böyük pambıq sap istehsal edən müəssisədən biridir. Burada, Pamdıq Əyirici İstehsalatında,  vur-tut, 70 nəfər işçi çalışsa da sutkada 5 ton pambıq sap istehsal olunur. İstehsalatın sexləri ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuşdur. Cəmi, 1 nəfər böyük bir sexə nəzarət edə bilir. Əl əməyindən daha çox anbarda, hazır məhsulun qablaşdırılması və göndərilməsi zamanı istifadə olunur. Elə işçilərin də az qala yarısı burada çalışırlar. Hazır məhsulun böyük hissəsi Rusiya bazarına ixrac edilir, qismən isə  Şəki "İpək"ASC-nin digər İstehsalatında - Toxucu İstehsalatında, pambıq parça toxunması üçün istifadə olunur. Ən yaxşısi isə budur ki, ASC-nin Baramaaçan İstehsalatından fərqli olaraq, bu Pambıq Əyirici İstehsalatında emal  edilən xam mal xarici yox, Azərbaycan malıdır!

 
Türkiyəli mütəxəsislər iş otağında
 
Fahrettin Bozkurt, Hasan Karadutlu və Erhan Ucar.

 

   

 

 

 

 

 
 

 

 

 

 

 

 
 
Comments