Şəkili rəssam Söhrab Arabovun çəkdiyi rəsmlər dekabrın 20-dən 27-ə qədər Bakıda – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonda, nümayiş etdiriləcəkdir >>

20 Ara 2010 09:23 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
      
 
Söhrab Əfəndi oğlu Arabov 1945-ci ildə Şəki şəhərində anadan olub. 1974-cü ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1976-cı ildən indiyə qədər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında quruluşçu rəssamdır. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
   Müxtəlif illərdə (1990, 1991, 1994) Azərbaycan Mədəniyyət Nazirliyini tərəfindən təşkil olunmuş sərgilərdə, həmçinin Moskvadakı "Mona Liza" (1995), istanbuldakı "Bilim", (1997) qalereyalarının, Bakıdakı "Səttar Bəhlulzadə" qalereyasının (2008) və Muzey Mərkəzinin (2007, 2008) sərgilərində uğurla iştirak edib.
   Rəssamın əsərləri Azərbaycanın müxtəlif rəsm fondlarında, muzeylərdə, o cümlədən 60-dan çox əsəri ABŞ, Almaniya, Fransa, Norveç, Rusiya, Türkiyə və başqa ölkələrdə şəxsi kolleksiyalardadır.

Sohrab Arabov
Comments