Məhkəmə, rüşvət yolu ilə şəhid ailəsinin haqq-halal evini yıxdı, torpağını da əlindən alır!

10 May 2011 17:22 tarihinde Aydin Salis tarafından yayınlandı
 
  Bakı fəhləsi Şəki fəhləsindən - “İpəkçi”dən kömək istəyir
  
    Mənə - Səkinə Səttərxan qızı Ərəbxanovaya, 15.07.1995-ci ildə çoxuşaqlı ana olduğum üçün işlədiyim  ADDY Bakıxanov qəsəbəsindən  Böyük Şor istiqamətində dəmir yolunun sağ tərəfində 10 km PK 6+50 m-dən pk 7+100 m-ə qədər olan hərəkətin sağ tərəfində  bağ salmaq üçün torpaq sahəsi verilmişdir (Bura mənim 1979-cu ildən yaşadığım və ADDY-tərəfindən mənə verilmiş evin yanıdır və elə 1979-cu ildən də mən həmin sahəni əkib-becərirdim)  Orada 2 otaqlı ev tikmişdim və 2006-cı ilə qədər həmin evdə yşamışam. Çoxuşaqlı ana və Əmək veterenı olduğum üçün mənə idarə rəhbərliyi həmin sahədə ev tikməyi məsləhət görmüşdür. Və mən də orada 2 otaqlı bir ev tikmişdim.
   2004-cü ilə qədər həmin torpaq sahəsinin istifadəsi ilə bağlı heç bir problem yox idi. Lakin, göstərilən ildə Bakı rayon deposunda vaxlilə, qatar rəisi işləmiş Züfüqar Əli oğlu Güləliyev adlı bir şəxs peyda oldu  və iddia etməyə başladı ki, guya bu sahə ona məxsusdur. O, saxta bir sənəd düzəlmişdir ki, guya, ona Respublika Dəmir Yol İdarəsi tərəfindən bağ salmaq üçün 1999-cu il tarixdə Bakı şəhəri, Böyk Şor dəmir yolunun sağ tərəfində, 10-cu km PK-6+68-dən PK-6+88-dək olan 600 kv m torpaq sahəsi ayrılmışdır.
  Mən 2005-ci ildə nəvəm Ramiz Mehman oğu Ərəbxanov ilə birlikdə həmin evə pasport qeydiyyatına düşmək üçün Sabunçu ryon məhkəməsinə müraciət etdim və iddiamız təmin edildi (iş №1577/2005 ) və biz hal-hazırda həmin evdə pasport qeydiyyatındayıq!
Lakin Züfüqar Əli oğlu Güləliyev Daha sonra -3 fevral 2006-cı il tarixdə,   bir də Sabunçu rayon məhkəməsində iddia qaldırır ki, guya biz onun torpaq sahəsini mənimsəmişik və onun torpaq sahəsində ev tikmişik?! Sabunçu rayon məhkəməsi isə onun saxta iddiasını təmin edir və qeyri-qanuni qətnamə qəbul edir ki, bizim evimiz sökülsün (İş №2-191). Nəticədə, Züfüqar Əli oğlu Güləliyev bizim evimizi sökür və bütün əmlakımızı qəsb edir!
  Mən isə Z.Ə.Güləliyevin mənim qanuni torpaq sahəmdən çıxarılması barədə  Sabunçu rayon məhkəmədındə iddia qaldlrdlm. Və bu məhkəmənin 19 sentyabr 2007-ci il tarixli (iş №2 1872) qətnamə ilə təsdiq olundu ki, Züfüqar Əli oğlu Güləliyev ona aid olmayan 6 m-lik torpaq sahəsindən çıxarılmalıdır, yerdə qalan torpaq sahəsindən isə mənimlə birgə istifadə etməlidir.
Lakin Sabunçu rayon məhkəməsinin bu qərarı indiyə qədər icra olunmamışdır. Belə ki  Z.Ə.Güləliyev həm mənə aid olan sahəni boşaltmamış və həm də bizim birlikdə istifadə etmək hüququmuz olan sahəyə də məni buraxmamışdır...
Ardı gələn sayımızda
 
"İpəkçi" qəzeti, №2(2276), 15 mart 2010-cu il
 
R.S. Şikayətçi bu ilin əvvəlində Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun şikayəti təmin olunmamışdır. Maraqlıdır ki, bu son məhkəmə qərarının başı ilə ayağı bir birinə uyğun gəlmir, şikayətçi başqa şey istəyir, hakim isə tamamilə başqa bir şeyi rədd edir.
 
Hal-hazırda iş Apelyasiya Məhkəməsindədir. Görək orada onun haqlı şikayətini rədd etmək üçün hansı oyundan çıxacaqlar?!
 
 
 
 
 
 
 
 
Comments