Bitkilərlə müalicə üzrə məşhur mütəxəssis – türkiyəli həkim xanım Gülpəri Daştemir, səhhətində problemlər olan onlarla ipəkçini pulsuz müayinə etmişdir

22 Ara 2010 17:54 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
“Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil xanım İsmayılovanın
dəvəti ilə Dekabrın 17-də baş müəssisəyə təşrif buyurmuş bitkilərlə müalicə üzrə məşhur mütəxəssis – türkiyəli həkim xanım Gülpəri Daştemir, həmin gün burada səhhətində problemlər olan onlarla ipəkçini pulsuz müayinə etmişdir.
    Sevil xanım Ismaylova: Bu, Həmkarlar İttifaqı Komitəsinin baş müəssisədə həyata keçirdiyi növbəti sağlamlıq aksiyası idi. Belə ki fəhlələrin sağlamlığının qorumaq Həmkarlar ittifaqı komitəsinin əsas funksiyalarından biridir və biz də vaxtaşırı olaraq müxtəlif xəstəliklər üzrə həkim briqadalarını bura dəvət edərək, yerində işçilərin pulsuz müayinəsini təşkil edirik. Bu dəfə isə xanım Gülpəri Daştemiri dəvət etmişdik, sağ olsun ki, o da bizim təklifimizi qəbul etdi, bura gəldi və sağlamlığında problemlər olan onlarla ipəkçini müayinə etdi. Gülpəri xanımın dərmansız müalicə üsullu çox sadədir: o, hər bir xəstəni müayinə edir, sonra onların səhhətlərindəki problemin aradan qalxması üçün onlara konkret olaraq qidalarında hansı bitkilərdən istifadə etməyin lazım olması barədə məsləhətlər verir. Bunlar qida əlavələri adlanır və bütün apteklərdə satılır. Biz isə həmin qida əlavələrini aptektlərdən 15 % ucuz qiymətlə ipəkçilərə təklif edirik”.
    Qalib Xəlilov: “Şəki-İpək” ASC-nin rəhbərliyinin, konkret olaraq, Sevil xanımın, Davran bəyin təkidi ilə, o cümlədən, Marat Sultanoviçin razılığı ilə bu gün ASC baş müəssisəsində bir aksiya keçirilməlidir. Bütün MDB dövlətlərində, Türkiyədə, Azərbaycanda bitkilərlə müalicə üzrə məşhur olan alim Gülpəri Daştemir Şəkiyə təşrif buyurub və burada fəhlələri müayinə eləyir, tamamilə pulsuz. Müayinə eləyir və onlara öz məsləhətlərini, tövsiyələrini veribdir. Burada sizin həkim məntəqəniz var, Mehman 1 otaq ayırmışdı və orada baxdılar və yəqin ki, bu iş gələcəkdə də davamlı olacaqdır və hər ay Gülpəri xanım gələcəkdir. Sevil xanıma da söz verdi ki, sizin müəssisənin fəhlələrinə baxıb və yardım eləyəcəkdir Qalanlarını nə soruşmaq istəyirsinizsə, Gülpəri xanımın özündən soruşun.
    Gülpəri xanım. Bizim burada bu bitkilərlə bağlı baş mərkəzimiz var, ofisimiz. Qalib doktor onun ünvanını verər sizə, mən 18 ildir doktoram, 9 ildir bitkilərlə müalicə ilə məşğulam, 15 yaşında qızımın narahatlığını bunlarla müalicə etdiyim üçün, Avropa miqyasında istifadə edilən və beynəlxalq olaraq qiymətləndirdiyimiz 123 dənə dövlətdə bu bitkilərin gücü və immunitetin güclənməsi, orqanizmin yenilənməsi, bir sıra, yəni sinir xəstəlikləri, oynaq problemləri, sonra sinir problemləri, əsəbiləşmə problemləri, qaraciyər problemləri, hamısında ayrı-ayrı istifadə etdiyimiz bitki preparatları var.... Təbii ki, tibb əsaslarını inkar etməyirik, biz də onun içərisindəyik, bu olmalı, hər zaman olacaq, amma immunitet güclü olmalıdır, möhkəm olmalıdır, xəstəliklərə qarşı bir az arta bilsin. Biz insanlara kömək eləməyi, yardımçı olmağı sevirik, hamımız qardaşıq deyirik. Burada bizim ofisimiz olacaq, ofisimizin yerini Qalib doktor deyə bilər...
   Qalib Xəlilov: Deyərəm adresini konkret, Rafiq doktorun aptekinin yanındadır...
   Gülpəri xanım: Hansı bitkilər harada istifadə edilir, müalicə edilir, ...olan bitkilər var, bunlar da...bizimlə birlikdə bir çox ölkədə ... bir çox loğmanlar Qalib bəydən biz olmadığımız zamanda dostlarınız məlumat ala bilirlər ki,... bu bitkilərlə bağlı, Şəki xalqına daha yaxşı xidmətlər edilmək üçün, sağ olsun ki bizə kömək edir, ... lütfən öyrənməyə hazıram, təkrardan, önəmli olan insanın sağalmasıdır deyə, biz də onu o üzdən çox sevirik.
 
Söhbəti yazdı: A. Məmmədov
  
Ć
18.wav
(9129k)
Aydın Məmmədov,
22 Ara 2010 18:16
Comments