6-cı dəfə keçirilən NETTY Milli İnternet Mükafatı uğrunda müsabiqənin ilkin mərhələsinə Şəkidə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən
ümumiyyətlə, 8 nominasiya üzrə 26 Şəki saytı da qatılmışdır. Müsabiqənin şərtlərinə görə, hər nominasiya üzrə yalnız ilk 3 ən çox səs toplamış saytlar, 2-ci, "Mükafatlandırma", mərhələsinə keçirilə bilərdi. Virtual jürinin 10 günlük, 28 aprel - 7 may tarixləri arası, səsverməsinin nəticəsi olaraq, may ayının 8-də bu 26 Şəki saytı arasından 5-nin, o cümlədən:
1. "Şəki Şəhər İcra Hakimiyyətinin Rəsmi İnternet Səhifəsi" "Dövlət saytı" nominasiyası üzrə 8 sayt sırasında 24 səslə 3-4-cü yerləri bölüşdürərək;
2. Şəki Dövlət Dram Teatrı saytı "Mədəniyyət və incəsənət" nominasiyası üzrə 24 sayt sırasında 16 səslə 2-3-cü yerləri bölüşdürərək;
3. Elan və Reklamlar saytı "Servis-saytlar" nominasiyası üzrə 45 sayt sırasında 12 səslə 2-ci yeri tutaraq;
4. Erməni Terroru saytı "Azərbaycan" nominasiyası üzrə 36 səslə 20 sayt sırasında 1-ci yeri tutaraq;
5. www.ipekchi.info saytı isə "İnformasiya və xəbərlər" nominasiyası üzrə 50 sayt sırasında 15 səslə 1-2-ci yerləri bölüşdürərək
“Nominantın sertifikatı”nı əldə etmişdir.
Hər nominasiya üzrə qalibi isə “NETTY Akademiyası” müəyyən etməlidir və qaliblərin adları 17 may tarixində, Beynəlxalq informasiya texnologiyaları günündə, Gənc Tamaşaçılar Teatrında keçiriləcək NETTY 2010 təntənəli mükafatlandırma mərasimində açıqlanacaqdır.
Mükafatlandırma mərasimi çərçivəsində həm də Akademiya tərəfindən müsabiqədənkənar nominasiyalar üzrə qaliblər də elan ediləcəkdir. Bu mərasimdə müsabiqənin bütün nominatları, akademikləri və həmçinin, dəvət olunmuş qonaqlar da iştirak edəcəklər.
Həmçinin, bax: NETTY-2010; Nominantların tam siyahısı >>
|