Azad Şıxəliyev "Şəki-İpək" ASC-nin idarə heyətinin sədri oldu

16 Tem 2011 08:13 tarihinde Aydin Salis tarafından yayınlandı
   "Şəki-İpək" ASC-nin rəhbərliyində dəyişiklik baş vermişdir;  "Şəki-İpək" ASC-nin Müşahidə Şurasının İyulun 15-də keçirilmiş iclasında Azad Şıxəliyevin  idarə heyətinin sədri təyin edilməsi qərara alınmışdır. Xatırladırıq ki  ASC-in idarə heyyətinin əvvəlki sədri Özbəkistan vətəndaşı Marat Sultanoviç Əkbərov idi və o, xəstəliyini əsas gətirərək tutduğu vəzifədən azad olunmasını istəmişdi. Həmçinin, o, Özbəkistandan özü ilə gətirdiyi bütün kadrları da vətənlərinə geri dönmələri ilə əlaqədar tutduqları vəzifələrdən azad etmişdir. 8 il ərzində "Şəki-İpək" ASC-nə rəhbərlik edən Marat Sultanoviç kifayət qədər səmimi, xeyirxah və işgüzar bir insan kimi tanınmışdı və Müşahidə Şurasının yığıncağında onun bu müsbət xüsusiyyətləri qeyd olunmuş, ona minnətdarlıq edilmişdir.
Comments