Martın 18-də "Şəki-İpək" şirkətinin Baramaaçan istehsalatında iş dayanır

16 Mar 2011 14:32 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 3 Oca 2018 06:07 tarihinde Aydın Məmmədov tarafından güncellendi ]
 

Baramaaçan İstehsalatı mart, 2010, Foto "İpəkçi"

Ötən ilin əvvəllərində bu istehsalatın 3 növbəli iş rejiminə keçməsi planlaşdırılırdı. Lakin, Özbəkistan hökuməti baramanın ölkədən ixracına qadağa qoyduqdan sonra "Şəki-İpək" ASC Özbəkistandan barama ala bilmədi. Təbii ki Baramaaçan istehsalatını da 3 növbəli iş rejimin keçirmək münkün olmadı. Martın 18-də bu istehsalatda sonuncu iş günüdür. Xam mal, yəni barama qurtarır. İstehsala azı 3-4 aylıq  fasilə verilir, yeni barama tədarükü başa çatanacan. Əlavə edək ki, bu istehsalatda 300 nəfər işləyirdi və orta əmək haqqi 120-130 manat idir.
 
Həmçinin bax,
Comments