Basketbol üzrə 18-ci Azərbaycan çempionatının 2 dövrəsi Mingəçevirdə keçiriləcəkdir >>

19 Ara 2010 12:56 tarihinde Aydin Salis tarafından yayınlandı

      Dekabrın 18-də Bakıdakı Heydər Əliyev adına İdman Konsert Kompleksinin basketbol zalında Basketbol üzrə 18-ci Azərbaycan çempionatının sonuncu - 5-ci turunun, oyunları keçirilmişdir. Bu turda Şəki basketbolçuları Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının (ABİK) komandasına cüzi fərqlə, 60:65 hesabı ilə, məğlub olub, birinci dövrəni 5-ci yerdə başa vurdular. Amma əgər oyun şəkililərin qələbəsi ilə nəticələnsə ildi, onlar 3-cü yerdə qərarlaşa bilərdilər. Yeri gəlmişkən qeyd edək ki, "Şəki" basketbol komandasının 18-ci Azərbaycan çempionatında çıxış etməsi üçün xeyli məbləğdə pul lazım olmuşdur və bu pulun bir qismi xeyriyyəçilər tərəfindən ödənilmiş, komandanın hər dəfə Bakıya getməsi üçün yol xərcini isə Şəki şəhər gənglər və idman idarəsi öz boynuna götürmüşdür. Lakin sonda "Şəki" komandasının oyunçularına maaş verilməmiş və buna görə bir çox oyunçular meydana çıxmaqdan imtina etmişdilər... 

   18-ci Azərbaycan çempionatının 2 dövrəsi isə Mingəçevirdə keçiriləcək. Əgər "Şəki" komandasına maddi dəstək olacaqsa, onlar heç olmasa, 4-cü yerə yiyələnərək, növbəti mərhələdə, 3-cü yer uğrunda mübarizə apara bilərlər. Maddi dəstək olmasa,  Şəkinin "İpəkçi" voleybol komandası kimi kitabları bağlanacaq. Belə ki "İpəkçi" voleybolçuları Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış etmələrinə və mükafatçılar sırasında olmalarına baxmayaraq, maddi dəstəyin olmaması səbəbi ilə tamamilə dağılmışdır

.
Comments