“İpəkçi” qəzetinin redaksiyası “Google” internet kataloqunun tacik dili üçün

7 Tem 2011 04:53 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Tezliklə onlarla internet kataloqun, o cümlədən "Google" internet kataloqunun və “Google” axtarış sisteminin əsas bazası olan www.dmoz.org veb-invanlı “Open Directory Project”də tacik dilində də kateqoriya olacaqdır. Bu kateqoriya “İpəkçi” qəzetinin redaksiyası tərəfindən hazırlanır.
   Əlavə edək ki, “İpəkçi” qəzetinin redaksiyası Orta Asiya və türkdilli ölkələrdə yerli dillərdə olan internet resursların inkişafına yardım etmək məqsədi ilə son il yarım ərzində “Open Directory Project”in  özbək, türkmən, uyğur, qırğız, başqırd dillərində kateqoriyalarını yaratmış, mövcud tatar dilindəki kateqoriyanın təkmilləşdirilməsində iştirak etmişdir.
"İpəkçi" qəzeti, 4iyul, 2011-ci il (Yüklə )
Comments