Yüngül qar Şəki bazarının damını çökdürür, bazardan edilən ağır şikayətlər isə bazar rəhbərliyinə təsirsiz ötüşür?!

19 Şub 2012 16:22 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Son günlər Şəkiyə yağan qar bazar binasının damını da bir neçə yerdə çökdürdü:

 

  Bununla yanaşı  bazardan və rəhbərliyindən kəskin şikayətlərin də ardı-arası da kəsilmir, Məsələn, bu arada yerli sahibkarlardan biri olan Nəbi Hüseynbəyli bir sıra dövlət orqanlarına, o cünlədən bizim qəzetin redaksiyasına aşağıdakı məzmunda məlumat göndərib:

 

Azərbaycan Respublikasının Prezidenti

Möhtərəm İ.H.Əliyev cənablarına

 

Surəti: Azərbaycan Respublikası Prezidentinin İqtisadi Məsələlər üzrə köməkçisi

cənab Ə.Əsədova

 

Surəti: Azərbaycan Respublikasının Ədliyyə Naziri

cənab F.Məmmədova

 

 Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Z.Qaralova

 

Surəti: Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K.Heydərova

 

Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri

cənab O.Şirəliyevə

 

Surati: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri

cənab Ş.Mustafayevə

 

Şəki şəhəri, M.F.Axundov prospekti 3B ünvanda yaşayan Hüsenbəyli Nəbi Məmməd oğlu tərəfindən

 

Ə R İ Z Ə

 

Möhtərəm Prezident cənab İ.H. Əliyev və hörmətli cənablar!

Mən dəfələrlə Sizlərə müraciət edərək Şəkidə yerləşən bəzi obyektlərdə, o cümlədən «Şəki bazar» ASC-də hökm sürən tam özbaşınalıqdan, heç bir təhlükəsizlik, antisanitariya, əsas da yanğına qarşı heç bir qaydalarına riayət olunmamasından, ancaq pul mənimsəyib, vergidən və sair qanunvericilikdən yayınmaqdan məlumat vermişdim. Buna bir daha bu gün, 17.02.2012-ci il tarixdə günorta saatlarında ASC-nin inzibati binasının cənub hissəsinin qəflətən uçması əyani sübutdur. ASC-də sahibkarlıqla məşğul olan və bazara alış-verişə gələnlərin həyatına bu soyğunçular belə laqeydlik göstərirlər.

Yuxarıda göstərilənləri nəzərə alaraq ciddi tədbirlər görməyinizi bir daha Sizlərdən xahiş edirəm.

 

İmza:                                          N.M.Hüseynbəyli

 

                                            17.02.2012

Comments