Vətəni və olmayan vicdanlarını qəpik-quruşa satan hakimlər, yaxud “Ali Məhkəmə” deyilən “sirk”in foksyorları

8 Şub 2011 12:18 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 

                                      Əli Seyfəliyev                        İlham Cəfərov            Tapdıq Mahmudov

 
 
 
     2009-cu ilin 29 iyul tarixində Bakı şəhərində vəhhabi məzhəbli T.Hüseynov A.Məmmədovu öldürmək məqsədi ilə ona soyuq silahla – bıçaqla, hücum etmiş və 2 bıçaq zərbəsi ilə onu ağır yaralamışdır. Ölümcül yaralanan A.Məmmədov, yalnız möcüzə nəticəsində həyatda qalmışdır. Lakin cinayətkar, bəzi vəzifəli şəxslərin həmkəndlisi olduğuna görə bu işə Ağır Cinayətlər Məhkəməsində yox, ağır cinayət işlərinə baxmağa səlahiyyəti olmayan Sabunçu rayon məhkəməsində baxılır. T.Hüseynov məhkəmədə cinayəti bilə-bilə etdiyini və əməlindən peşman olmadığını nümayişkaranə surətdə dəfələrlə vurğuladığı halda Sabunçu rayon məhkəməsi “qət” edir ki o, hadisəni törədən vaxt anlaqlı olmayıb (№1 (008)-438\2009) və necə ki daha əvvəllər də bir neçə dəfə bu cür cinayət törətmiş, lakin “day-day”larının köməyi ilə məsuliyyətə cəlb olunmamışdı, eləcə bu dəfə də həbs olunmur; 1 aylıq "məcburi müalicə"dən sonra sərbəst buraxılır! Zərər çəkmişin bu qərardan apelyasiya şikayəti verməsinin qarşısının alınması üçün isə qərar ona təqdim edilmir.

      Zərər çəkmiş xeyli vaxtdan sonra nəhayət, həmin qərarı əldə edir və apelyasiya müddətinin buraxılmasının üzrlü hesab olunması barədə Sabunçu məhkəməsi qarşısında vəsatət qaldırır. Lakin onun haqlı vəsatətini rədd edilir. Bu qərardan verdiyi apelyasiya şikayəti də əsassız olaraq rədd edilir. Nəhayət, Ali Məhkəməyə kasasiya şikayəti verir. Öz hüquqlarını müdafiə etmək baxımından bu instansiya zərər çəkmiş üçün sonuncu instansiya idi. 

      29.12.2010-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İlham Məmməd oğu Cəfərov – sədrlik edən və məruzəçi, Tapdıq Şükür oğlu Mahmudov, Əli Səlim oğlu Seyfəliyev CPM-nin 418.2.7, 419.5, 419.8 və 419.10.2 maddələrinə zidd olaraq, yəni onu dəvət etmədən, məhkəmə barədə ona məlumat vermədən və onun iştirakı olmadan onun kasasiya şikayətinə baxırlar. Və bu qanunsuzluqdan sonra, onun haqlı iddiasını rədd etmək üçün əsil sirk foksu göstərirlər. Belə ki apelyasiya hüququnun buraxılmasının üzrlü hesab edilməsi barədə zərər çəkmişin şikayət və vəsatətinə əvvəlki 2 instansiya məhkəmələrində baxılarkən, işin içində Sabunçu rayon məhkəməsinin №1 (008)-438\2009-cu il tarixli qərarının zərər çəkmişə təqdim edilməsi barədə heç bir sənəd, yaxud qəbz olmamışdır, çünki həmin qərar ona göndərilməyib, necə ki yuxarıda qeyd olundu və onun vəsatət və şikayətinin rədd edilməsi barədə qərarlarda da belə bir sənədin, yaxud qəbzin mövcudluğundan bəhs edilməyib. (Məsələn, Sabunçu rayon məhkəməsi onun “Apelyasiya müddətinin buraxılmasının üzrlü hesab edilməsi” barədə vəsatətini rədd etmək üçün yalnız sadəcə, cinayətkarın atasının sözlərini əsas götürmüşdür – Cinayətkarın atası dedi ki, vəsatət əsassızdır, ona görə də məhkəmə vəsatəti rədd edir?!) . Bəli, “Ali Məhkəmə” deyilən sirkin “foksyor”ları, yəni İlham Məmməd oğu Cəfərov – sədrlik edən və məruzəçi, Tapdıq Şükür oğlu Mahmudov, Əli Səlim oğlu Seyfəliyev əsil sirk foksu göstərərək işin içində belə bir sənəd “tapırlar”; guya işin içində Sabunçu rayon məhkəməsinin 10 dekabr 2009-cu il tarixli ( №1 (008)-438) yekun qərarının, qəbul olunandan 1 gün sonra zərər çəkmişə təqdim edilməsi barədə qəbz var?! Və bu foksu əsas götürərək, lakin həm də CPM-nin daha bir - sayca 5-ci maddəsinə, 419.11 maddəyə zidd olaraq, hansı ki həmin maddədə göstərilir ki, “Kasasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz”, zərər çəkmişin öz hüquqlarını müdafiə etmək baxımından sonuncu instansiya şikayətini – kasasiya şikayətini də rədd etdilər! 
         Vətəni və olmayan vicdanlarını qəpik-quruşa satan, əl boyda qərarda CPM-nin 5 maddəsini (!!!) kobud şəkildə pozan, "fokusyor" hakimlərin sayəsində, bu gün xüsusi ictimai təhlükəli şəxs, heç bir cinayət törətməyibmiş ictimaiyyət içində sərbəst şəkildə gəzib-dolaşmaqdadır. Zərər çəkmişin şikayətinə isə heç kim cavab vernir, daha doğrusu cavab verə bilmir; nə Məhkəmə Hüquq Şurası nə də Ali Məhkəmənin sədri. Axı nə cavab verə bilərlər ki? Bu, Azərbaycan reallığıdır!
 Aydın Məmmədov
CƏFƏROV İLHAM MƏHƏMMƏD OĞLU 
    Cəfərov İlham Məmməd oğlu 14 fevral 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşir (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
    1996-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2000-ci ildə həmin universiteti bitirmişdir. 1986-1992-ci illərdə müxtəlif yerlərdə fəhlə işləmişdir; 1993-2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi məhkəmə iclas katibi; 2001-2003-cü illərdə Naxçıvan MR Hərbi Məhkəməsində məsləhətçi; 2003-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində hakim; 
     2007-2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini; 2008-ci ilin iyun ayının 13-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi; Ailəlidir, 2 övladı var.

SEYFƏLİYEV ƏLİ SƏLİM OĞLU
    Səlim oğlu 01 may 1957-ci ildə Kuybışev vilayəti Çelno-Verşinski rayonu Petrovsk kəndində anadan olmuşdur. 1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxilolub, həmin təhsil müəssisəsini 1982-ci ildə bitirib. 1975-1985-ci illərdə Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsində mülki və cinayət İşləri üzrə məhkəmə katibi; 1985-1986-cı illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi Məhkəmə Praktikası və Statistikasının ümumiləşdirilməsi şöbəsində məsləhətçi; 1986-1987-ci illərdə Bakı şəhəri Nərimanov rayon xalq məhkəməsində təcrübə keçən; 1987-2000-ci illərdə Sabunçu rayon məhkəməsində hakim; 2000-2007-ci illərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədr müavini;
     2007-2008-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi; 2008-ci ilin iyun ayının 13-dən hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. Ailəlidir, 3 övladı var.

MAHMUDOV TAPDIQ ŞÜKÜR OĞLU
   Mahmudov Tapdıq Şükür oğlu 01 sentyabr 1961-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdur. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1988-ci ildə həmin universiteti bitirmişdir. 1978-1980-ci illərdə NAxçıvan MR Sədərək rayonu “Oktyabr 60 illiyi” adına üzümçülük sovxozunda fəhlə; 1988-ci ilin mart ayından avqust ayınadək Azərbaycan Respublikası Dəmir yolu idarəsinin Naxçıvan şöbəsində hüquq məsləhətçisi; 1988-1991-ci illərə Naxçıvan MR-nın Ordubad rayon məhkəməsində iclas katibi; 1991-1992-ci illərdə Naxçıvan şəhər məhkəməsində dəftərxana katibi; 1992-1993-cü illərdə Naxçıvan MR Ordubad rayon Prokurorluğunda stajor-müstəntiq; 1993-1994-cü illərdə Naxçıvan MR Prokurorluğu Məhkəmə aktlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru; 1994-1997-ci illərdə Naxçıvan MR Prokurorunun yanında MTO-da qanunların və gömrük qanunvericiliyinin icrasına nəzarət üzrə böyük köməkçi;  1997-2000-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Cəzaların icrasına nəzarət idarəsində prokuror; 2000-2007-ci illərdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi; 2007-ci ildə iyun ayının 16-dan hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir. 2010-cu ilin dekabrın 29-dan Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyanın sədri vəzifəsində çalışır; 1998-ci ilin 26 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “İgidliyə görə medalı” ilə təltif olunmuşdur. 2 övladı var.