Hikmət Səlimovun intihar etməsinin səbəbkarları azadlıqda!!!

19 Nis 2011 16:48 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 3 Oca 2018 06:24 tarihinde Aydin Salis tarafından güncellendi ]
 
CPM-nə görə məhkəmənin yekun qərarı 3 gün ərzində məhkəmə tərəflərinə göndərilməlidir, lakin H.Səlimovun həyat yoldaşı yekun qərarı mayın 4-də, apelyasıya şikayəti vermək hüququnun bitdiyi gün almışdır. Şəki Rayon Prokurluğundan isə bizə bildirdilər ki, aprelin 26-da 125-ci maddə ilə başlanmış cinayət işinə ittiham sübütünu tapmadığına görə xitam verilmişdir, yəni belə çıxır ki, heç bir intihar hadisəsi baş verməyib, sadəcə, mərhumun ayağı sürüşüb və körpüdən yıxılıb?!
 
 
   
    Məlum olduğu kimi, bu il fevralın 3-də Şəkidə mağazasının məhkəmə hökmü olmadan sökülməsinə etiraz edən Hikmət Səlimov özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmişdir. Bu hadisəyə görə isə Şəki Şəhər İcra hakimiyyəti başçısının sabiq müavini Eldəniz Qəhrəmanov və icra hakimiyyətinin sabiq şöbə müdiri, şəhərin sabiq baş memarı Yusif Abdurahmanov həbs edilmişdilər. O vaxt Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun “Media forum” saytına açıqlamışdı ki,  fevralın 3-də hadisə baş verən kimi fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb”.  Lakin sonda məlum oldu ki E.Qəhrəmanov və Y.Abdurahmanov barədə yalnız 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə qaldırılan cinayət işi baxılmaq üçün  Şəki Rayon Məhkəməsinə göndərilmişdir.
      Fafaiə baş verərkən və E.Qəhrəmanov ilə Y.Abdurahmanov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilərkən, Azərbaycanın bütün aparıcı KİV həmin mövzunu geniş şərh etməyə, məmurların həbsini korrupsiyaya qarşı əməli mübarizənin bariz nümunəsi və nəticəsi kimi təqdim etməyə şalışmışlar. Yalnız "Azadlıq" radiosu bunu "şou" adlandırdı və bi də biz qəzetimizin İpekchi.info saytında yazdıq ki, “onların, xüsusilə, E.Qəhrəmanovun, "möhkəm" arxası olduğuna görə, inanmaq mümkün deyil ki, həbs edilsinlər. Azərbaycan reallığında bu kateqoriyalı adamlar 1 yox, 11 adamın da ölümünə bais olsalar belə, yenə də həbsdən canlarını qurtara bilirlər!”. Hadisələrin sonrakı gedişatı isə bizim bu qənaətə gəlməkdə tamamilə haqlı olduğumuzu üzə çıxartdı. Bəli, aprelin 14-də E.Qəhrəmanov ilə Y.Abdurahmanov şərti cəza ilə azadlığa buraxılıblar! Maraqlıdır ki, onların azad edilməsindən 1 həftə ötüb, KİV də bu barədə 1 xəbər belə getməyib?! Bəli, 1 həftə sonra ilk xəbəri biz veririk. Şəki Rayon Məhkəməsindən isə bizə bildirdilər ki, intihar hadisəsi ilə bağlı onlara Şəki Rayon Prokurorluğundan heç bir iş göndərilməyib, E.Qəhrəmanov ilə Y.Abdurahmanov barədə daha əvvəl seçilmiş 3 aylıq həbs qətimkan tədbiri isə intiharla bağlı deyildi.
      Mərhum H.Səlimovun həyat yoldaşı Nailə Səlimova isə bizə ərinin intihar etməsinin səbəbkarlarının azadlığa buraxılmasını korrupsiyanın təntənəsi hesab etdiyini bildirdi və əlavə etdi ki, “camaat elə bilir ki onların azad edilməsi üçün mənə pul veriblər, guya pul veriblər sakit durum, şikayətçi olmayım, hamısı yalandır! Mənə heç nə verməyiblər və mən də binamus deyiləm ki onlardan pul alım, mən ərimin qanını pula satmaram!!! Amma hara şikayət edim? Kimdir mənim şikayətimə baxan? O, korrupsiyadır, nədir, o Azərbaycanda yoxdur (yəni, Azərbaycanda korrupsiyadan başqa heç nə yoxdur, -RS), ölkənin yiyəsi yoxdur, gücüm yalnız özümə çatır, haqsızlıqlardan bezmişəm, özüm də intihar edəcəyəm!!!
 
Qeyd: Şəkil Azadlıq radiosunun saytından götürülüb.
Comments