"İpəkçi" və "Şəkinin səsi" qəzetinin ən qocaman oxucularından biri - Kazım əmi dünyasını dəyişdi

16 Tem 2011 02:34 tarihinde Aydin Salis tarafından yayınlandı
İyulun 16-da Bakı şəhərində "İpəkçi" və "Şəkinin səsi" qəzetinin ən qocaman oxucularından biri - Kazım Ağamustafa oğlu Məmmədov 90 yaşında dünyasını dəyişmişdir. O, 1921-ci li noyabrın 29-da anadan olmuşdur. Mərhum vaxtilə, Covet Azərbaycanın Dövlət Təhlükəsizlik sistemində məsul vəzifələrdə çalışmışdır və istefada olan mayor idi. O, "İpəkçi" qəzetini 44 il redaktə eləmiş və "Şəkinin səsi" qəzetinin həmtəsisçisi və ilk baş redaktoru Əməkdar Jurnalist Salis Məmmədovun əmisi, Ədliyyə Nazirinin hal-hazırda müavini olan Toğrul Musayevin dayısı idi. Mərhum mənsub olduğu nəsil barədə iri həcmli məqalənin müəllifidir və  bu məqalə 1997-ci ildə "Şəkinin səsi" qəzetində dərc olunmuşdur. (Yeri gəlmişkən, onu da əlavə edək mərhum Kazım Məmmədovun əmisi də Covet Azərbaycanın Dövlət Təhlükəsizlik sistemində məsul vəzifə tutmuş və polkovnik olmuşdur;  o, "Fəxri Xiyaban"da dəfn edilib.)
Comments