Şükrullah Mütəhəmmil'in və Həmid Kərrazi'nin həyatları təhlükədədir!

31 Oca 2011 12:28 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
HaqqYolu – ABNA xəbər agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının ANS telekanalı bu respublikada Münafiqlər terror qruplaşmasının varlığı barədə reportaj yayımlayıb. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu mövzuya münasibət bildirib: Ümid edirik ki, inşallah dost ölkədə Münafiqlərlə bağlı xoşagəlməz hallar aradan qalxacaq.
Münafiqlərin Azərbaycan Respublikasından mübadilə olunacağının irəli sürülüb-sürülməyəcəyi ilə bağlı Beynəlxalq Səhər kanalı müxbirinin sualını cavablandıran Ramin Mehmanpərəst deyib: Münafiqlər qruplaşmasının işi o qədər ağırdır ki, heç bir ölkə və təşkilat bu qrupu müdafiə edə bilməz. Bu qruplaşma bizim xalqımızdan 12 mindən çox insanı şəhid edib.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: Münafiqləri dəstəkləyən qərb ölkələri dünyanın ümumi tələbi qarşısında cavabdeh olmalıdırlar. Cinayətkarların dəstəklənməsi heç bir yerdə qəbul ediləsi deyil.
Bakıda İran İslam Respublikasına qarşı Münafiqlər qruplaşması ünsürlərinin "etiraz" xarakterli aksiyası barəsində deyib: Əlbəttə İranın Azərbaycan Respublikası hökuməti ilə çox gözəl münasibətləri var və düşünürük ki, hökumətlər arasında bu gözəl münasibətlər və xalqların bir-birlərinə olan bağlılıqlarını inkişaf etdirə biləcəyik.
 

 

Şükrullah Mütəhəmmil'in və Həmid Kərrazi'nin həyatları təhlükədədir!

     Azərbaycanda müvəqqəti sığınacaq tapmış bir qrup İran demokratiya fəalı 25 yanvar 2011-ci il tarixdə  BMT-nin Bakı ofisinin qarşısında etiraz aksiyası keçirmişlər. Onlar siyasi baxışlarına görə İrandan didərgin düşərək Azərbaycan Respuqlikasına pənah gətirmişlər; bu aksiyada iddia edirdilər ki, İranda heç bir siyasi fəaliyyətlə məşğul olmayan və İran hökuməti tərəfindən təqib edilməyən bəzi adamlar bura gəlmiş və cəmi 1 ilə, bəzən isə 1 həftəyə rüşvət yolu ilə siyasi qaçqın statusu əldə edərək Amerika, Kanada və yaxud Avropa ölkələrin hansısa birində yaşamaq hüququ əldə etmişlər. Lakin bizə -siyasi baxışlarına görə İranda təqib edilənlərə, heç bir ölkədə siyası sığınacaq verilmir, Azərbaycandan kənarı çıxa bilmirlər, Azərbaycanda yaşamaq üçün isə BMT onlara ayda cəmi 40 manat təqaüd verir. ANS televiziya kanalının bu reportajından sonra İranın "Səhər" televiziya kanalı dərhal Azərbaycan Respublikasına qarşı kəskin ittihamlar irəli sürdü; "Səhər" televiziya kanalı ANS televiziyasının reportajında iştirak etmiş İran vətəndaşları Şükrullah Mütəhəmmil'in və Həmid Kərrazi'nin Mücahide-xəlqe-İran ( İran Xalq Mücahidləri) təşkilatının üzvü olduqlarını vurğulayaraq, Azərbaycan Respublikasının daxili işlərinə qarışaraq onların İrana təslim edilməsini tələb etdi. Belə çıxır ki onların Azərbaycanda yaşamaları indiyə qədər İrana məlum deyilmiş? Çox güman ki, Azərbaycan Respublikasının dövlət sirrini yaydığına və ETELAT-ın görə bilmədiyi işi gördüyünə görə ANS-ə İrandan rəsmi təşəkkürlər də edilmişdir. "Müsavat" qəzeti də İranın mövqeyini müdafiə edərək Mücahide-xəlqe-İran təşkilatı üzvlərınə Azərbaycanda sığınacaq verdiyinə görə Azərbaycan hökümətini suçlamışdır.
 
Şəkildə: Şükrullah Mütəhəmmil.
 
Onlar 1979-cu ildə İran İslam İnqilabını etdilər. Lakın Ayətullah Xomeynini qəzəbinə dükar olmuş İran İslam Raspublikasının ilk prezidenti Əbu Həsən Bənisədr'in həyatını qorumaq üçün, onu qoca arvad qiyafəsində İrandan qaçırdıqdan sonra İranda təqib edilməyə başladılar. Deyilənə görə bu təşkilatın 120 min üzvi və tərəfdarı İranda edam edilib; onlardan 40 mini qadınlar və uşaqlardır. İrandan qaça bilmiş bir çoxu isə İraqda Bağdad şəhəri yaxınlığında hərbi düşərgədə - Əşrəf şəhərində məskunlaşıblar. Bu şəhər hal-hazırda ABŞ tərəfindən mühafizə edilir. Əgər ABŞ oranı mühafizə etməsə, İran bu şəhəri bombalaya bilər!  Mücahide-xəlqe-İran vaxtilə bu düşərgədən İrana hücüm etmişdi və İranın neçə şəhərini tutmuşdü, özü də elə bir gündə hücüm etmişdi ki, İran Səddamın sülh təklifini elə həmin gün qəbul etmişdi... Bu düşərgədəki yaraqlıların əksəriyyəti qadınlardı və Mücahide-xəlqe-İran təşkilatının əksər üzvləri ali təhsilli savadlı adamlardırlar. Onlar İranın elitasıdırlar.
Comments