ŞƏKİ ORTA MƏKTƏBLƏRİNİN REYTİNQ CƏDVƏLİ

14 Şub 2011 16:02 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    "İpəkçi" qəzetinin redaksiyası Təhsil nazirliyinə məxsus "Mənim məktəbim" saytının http://mekteb.edu.az/az/smenu57.htm linkinə və Təhsil Nazirliyinin əsas saytının http://www.edu.gov.az/upload/file/mekteb_08-10-10.pdf linkinə və  "Abituriyent"  jurnalının 12-ci sayına əlavə edilən, "Şəki rayonunun 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar" a istinad etməklə Şəki orta məktəblərinin 2010-cu il məzunlarının 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarındakı nəticələrinə əsasən, Şəki orta məktəblərinin reytinq cədvəlini tərtib etmişdir. Cədvəl "İpəkçi" qəzetinin 15 mart tarixli sayında dər olunub  və  həm də "İpəkçi" qəzetinin yardımçı saytlarından biri olan "Şəki Kataloq"a yerləşdirilib: 
  " Lakin,  bu 3 mənbəni müqayisə edərkən, həm də aşkar etdik ki, bu mənbələrdə ötən ilki məzunlardan atestat alanların sayında və ali məktəbə daxil  olanların sayında fərqlər var. Maraqlıdır ki, TQDK bizə yox, məh biz TQDK-ya məlumat verdik ki, 2010-cu ildə Şəki orta məktəblərinin 2010-cu il məzunlarından  ali məktəblərə heç də 367, yaxud 377-i yox, əslində 396 nəfər qəbul olunub! Həmçinin, dəqiqləşdirdik ki, həmin abituriyentlərdən 367-si Azərbaycandakı mülki ali məktəblərə, 10-u ya hərbi, ya da ki xarici ölkələrdəki  ali məktəbə qəbul olunub. Qalan 19 abituriyentin hansı Ali məktəbə daxil olması barədə sorğumuza isə TQDK cavab verə bilmədi; belə çıxır ki,  Azərbaycanda “gizli” ali məktəblər də var?!
 

Məlumat üçün əlavə edək ki,
Şəki orta məktəblərinin 2008-ci il məzunlarından 2008-ci ildə ali məktəblərin qəbul imtahanlarında 1289,
Şəki orta məktəblərinin 2009-cu il məzunlarından 2009-cu ildə ali məktəblərin qəbul imtahanlarında  1198,
Şəki orta məktəblərinin 2010-cu il məzunlarından isə 2010-cu ildə ali məktəblərin qəbul imtahanlarında 1154,
nəfər iştirak edib.

Şəki orta məktəblərinin 2008-ci il məzunlarından 2008-ci ildə ali məktəblərə 396,
Şəki orta məktəblərinin 2009-cu il məzunlarından 2009-cu ildə ali məktəblərə 390,
Şəki orta məktəblərinin 2010-cu il məzunlarından isə 2010-cu ildə ali məktəblərə 10+386,
nəfər qəbul olunub.
 
Ċ
R024.pdf
(250k)
Aydin Salis,
17 Mar 2011 18:19
Ċ
r057.pdf
(306k)
Aydın Məmmədov,
17 Şub 2011 13:30
Comments