Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev cənablarına Surəti (məlumat üçün): Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

5 May 2011 12:50 tarihinde Aydin Salis tarafından yayınlandı
   Nəzərinizə çatdırmaq istəyirik ki, “İpəkçi” qəzetinin 15 mart 2011-ci il tarıxli, 2(2276)-ci sayında “Vətəni və olmayan vicdanlarını qəpik-quruşa satan hakimlər, yaxud “Ali Məhkəmə” deyilən “sirk”in “ fokusyor ”ları” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə Ali Məhkəmə hakimləri İlham Məmməd oğu Cəfərov,  Tapdıq Şükür oğlu Mahmudov və Əli Səlim oğlu Seyfəliyevin CPM-nin 5 maddəsini pozmaqla Azərbaycan Respublikası adından qərar çıxarmaları,  ağır cinayət işinin Sabunçu məhkəməsində baxılmaqla (!!!) ört-basdır edilməsi və s. qaqnunsuzluqlardan bəhs olunur.
   Təəssüflər olsun ki, xeyli  vaxt keçməsinə baxmayaraq, nə bu hakimlər cəzalandırılıblar, nə də saxta yolla qəbul olunmuş qətnamələr ləğv edilib. Zərər çəkmişin şikayətlərinə isə Ali Məhkəmədən yalnız konkret olaraq bu cavab gəlir ki, “Sizin əlavə kasasiya qaydasında şikayət vermək hüququnuz yoxdur”?!
   Sual edirik, bəs Ali Məhkəmə hakimlərinin necə, CPM-nin 5 maddəsini (!!!) pozmaq hüquqları varmı? Cənab Ramiz Rzayev! Bəs Siz niyə bu qeyri-qanuni qərarın ləğv edilməsi üçün əlavə kasasiya qaydasında şikayət vermirsiniz, axı Sizin ki təqdimat vermək hüququnuz var?
    Bütün bu yazılanlardan sonra, xahiş edirik ki, “İpəkçi” qəzetinin 15 mart 2011-ci il tarıxli, 2(2276)-ci sayında dərc olunmuş “Vətəni və olmayan vicdanlarını qəpik-quruşa satan hakimlər, yaxud “Ali Məhkəmə” deyilən “sirk”in “ fokusyor ”ları” başlıqlı məqaləyə rəsmən münasibət bildirəsiniz və saxtakar hakimləri də istefa verməyə dəvət edəsiniz. Belə ki, dünyanın hər yerində saxtakarlıq cinayət hesab olunur və dünyanın hər yerində cinayət törədən şəxs də cinayətkar hesab olunur və əgər hakim də cinayətkardırsa, onun hakimlik etməyə ən azından mənəvi, Azərbaycan istisna olmaqla, dünyanın əksər ölkələrində isə hüquqi cəhətdən haqqı yoxdur!!!
Aydın Məmmədov, “İpəkçi” qəzetinin baş redaktoru,
 №8 (713)   15  aprel  2011-ci il
"Şəkinin səsi" qəzeti, №1(437), 26 фзкуд 2011-ci il 
Comments