Kobud qanun pozuntularına yol verən hakimlər

23 Eki 2010 11:11 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 
İpəkçi” qəzeti son 1 il ərzində Azərbaycan Respublikası Məhkəmələrində baxılan işlər üzrə monitorinq keçirmiş və heç bir mübahisə doğurmayan şəraitdə,  açıq-aşkar qanun pozuntularına  yol vermiş bəzi  hakimləri müəyyənləşdirmişdir:
 
1.Sabunçu rayon məhkəməsinin hakimi
Samir Əliyev
 
– o, səlahiyyəti olmadığı halda, Sabunçu rayon məhkəməsində ağır cinayət işinə baxmış, adam öldürməyə cəhd edən və qurbanını ölümcül yaralayan cinayətkarı,  1 aylıq məcburi müalicəyə göndərmək şərti ilə cinayət məsuliyyətindən azad etmiş (10.12.2009) və bu zaman, zərər çəkmiş tərəfin  hüquqlarını da kobud surətdə pozmuş, zərər çəkmiş tərəfin apelyasiya şikayəti verməməsi üçün hətta məhkəmənin yekun qərarını belə ona göndərməmişdir (iş №1 (008)-438\2009)!
 

2.Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımov
 
 
– o, Sabunçu rayon məhkəməsinin hakimi Samir Əliyevin çıxardığı yekun qərardan apelyasiya şikayəti olmasın deyə (məhkəmədə qəbul olunmuş qərar 3 gün tərəflərə göndərməlidir) onu zərər çəkmiş tərəfə göndərməməsi, zərər çəkmiş tərəfin apelyasiya müddətində apelyasiya şikayəti edə bilməməsi ilə əlaqədar, apelyasiya müddətinin bərpa edilməsi barədə zərər çəkmişin heç bir mübahisə doğurmayan, haqlı vəsatətini rədd etmişdir (30.08.2010). Maraqlıdır ki, bu hakim vəsatətin rədd edilməsi barədə çıxardığı qərarda, vəsatətin rədd edilməsini hüquqi cəhətdən əsaslandırmaq üçün, yalnız cinayətkarın atasının fikrinə istinad etmişdir; cinayətkarın atası dedi ki, “vəsatət əsassızdır, rədd olunmalıdır!” ona görə də vəsatəti rədd edilik!?

3.Bakı Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədov 

 
Respublikada kifayət qədər tanınmış, kifayət qədər təcrübəsi olan bu hakim, Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımovun çıxardığı 30.08.2010   tarixli qərarı qüvvədə saxlamaqla, heç bir mübahisə doğurmayan şəraitdə, açıq-aşkar qanun pozuntusuna yol vermiş və məlum işin (iş №1 (008)-438\2009) faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edil-məsinin düzgünlüyünün yoxlanılmasının qarşısını almağa şalışnış və yol verilmiş saxtakarlıqlara göz yummuşdur. Halbuki, CPM-nə görə məhkəməni təşkil edən tərəflərin, məhkəmənin yekun qəra-rından apelyasiya şikayəti vermək hüquqları var və bu şikayəti edə bilmək üçün də məhkəmə çıxardığı qərarı 3 gün ərzində tərəflərə göndərməlidir. Əgər məhkəmə, yekun qərarı 3-gün ərzində hansısa tərəfə göndərməyibsə və bunun nəticəsində həmin tərəf apelyasiya şikayəti edə bilməyibsə, bu qəbil hallarda, həmin tərəfin apelyasiya müddətinin bərpa edilməsi barədə vəsatəti avtomatik olaraq təmin edilməli idi...
 
"İpəkçi" qəzeti
 №9 (2273); 18 oktyabr 2010-cu il
R.S.  Şəkillər, Sabunçu Rayom Məhkəməsinin və Bakı Apelyasıya Məhkəməsinin veb-saytından götürülmüşdür.
Comments